ali.jpg

Salam. Tanışlıq və sö­hbətimiz üçün özünüzü­ təqdım etməlisiniz.

1. Müsahibim kimdir, ­sizi necə tanıyaq? 

Məni belə təqdim edə bilərsiz, İradə Əlili Zülfəli qızı, həm uşaqlardan yazan bir jurnalist, 1995-ci ildən mətbuatdayam, Şairə-publisist, AMEA M. Fizuli adına Əlyazmalar İnstitutunun dissertantı, BDU Kitabxanaçılıq-İnformasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi, Səhiyyə Nazirliyinin Elmi- tibbi Kitabxanasının Kitabsaxlayıcısı Şöbəsinin müdiri.

3. ­Bir insanı olduğu möv­qe ilə deyil, göz qoy­duğu mövqe ilə ölçmək­ lazımdır. İradə xan­ımın növbəti hədəfini­ bilmək maraqlı olard­ı

- Mənim mövqeyim gözəllik görməkdir, inkişaf göməkdir, həmçinin elə bir mövqe tutmağa çalışıram ki, nə cəmiyyətdə bir mənalı qarşılanmayım nə də çox hallanmayım. Mən ancaq mövqeyimi saflıq, səmimiyyət, Azərbaycan dövlət quruculuğunda iştirak etmək, gənclərə müsbət keyfiyyətlər aşılamaq, ətrafıma müsbət enerji yaymaqda görürəm.

4. ­Bütün xoşbəxt ailələr­ bir-birlərinə bənzəy­irlər, hər bədbəxt ai­lənin isə özünə xas b­ir bədbəxtliyi vardır­. Ailəniz sizə ürəyin­izcə olan xoşbəxtliyi­ yaşamaq fürsəti verd­imi?

-
Ailəm mənə xoşbəxtlik yaşadıb. Atamla mən hələ də balacalıqdan Rusiyanın, Azərbaycanın müxtəlif bölgələrini, şəhərlərini gəzmişik. Atam və anam mənim dünyagörüşümün formalaşmasında çox böyük təsirə malik olub. Və beləcə mən həyatımda bütün arzularıma, istəklərimə çatmışam, amma təbii ki, arzudan arzu doğur deyirlər, arzular tükənmir, arzusuz insan yaşaya bilməz. Amma mənə görə arzularımın çoxu həyata keçib. Mən Allah-Təaladan çox razıyam. Amma bir arzum qalıb ki, o da Qarabağımıza qayıtmaqdır. O gözəl torpaqlarımızda bir doyunca, ayaqyalın, başıaçıq, qışlı-qarlı günündə gedək gəzək, ürəyimizdən bir tikan çıxsın ki, bu torpaq bizimdir.

5. ­Bir saatlıq bir zaman­ belə itirməyə cəsarə­t edə bilən bir kimsə­ həyatın mənasını qav­raya bilməmiş deməkdi­r. Zamanı boşa verdiy­iniz oldumu?

-
Yox, deyerdim ki, zamanım boşa getməyib. Yaşadığım müddətdə həyatımı dolğunlaşdırmağa özüm çalışdım. Əslində ailəmə qalsaydı onlar mənim, tutaq ki, ictimai fəaliyyətimdir, yazarlıq fəaliyyətimdir, pedaqoji fəaliyyətimdir, yəni bəlkə də onlar düşünərdilər ki, kitabxanaçıdı sadəcə kitabxanaçılıq fəaliyyəti ilə məşğul olsun, xalqa belə xeyir versin. Amma mən təkcə kitabxanaçı olmaqla kifayətlənmədim. Təhsilimi Mədəni Maarif Texnikumunu bitirdikdən sonra BDU Kitabxanaçılıq İnformasiya fakültəsinə verdim sənədlərimi və qəbul oldum. Artıq mən 2-ci kursda oxuyanda həmin Mədəni- Maarif Texnikumunun Sabirabad filialında Kibaxanaşünaslıq və kitabxana fondu fənnindən dərs keçirdim, yəni demək istəyirəm ki, öz üzərimdə çox çalışdım və mən elmi iş çoxdan götürmək istəyirdim sadəcə xaricdə yaşamağımla əlaqədar mən elmi iş götürə bilmirdim amma, Azərbaycana gəldikdən sonra mən elmi işimi götürdüm və artıq demək olar ki, hazırdır, monoqrafiyam çıxacaq, elmi işimi, axtarışlarımı bitirmişəm Allaha şükür. Buna görə də öz elmi rəhbərim filologiya elmləri doktoru Aybəniz xanım Əliyeva Kəngərliyə borcluyam, BDU Kitabxanaçılıq -İnformasiya fakültəsinin müəllimlərinə borcluyam, həmçinin də çalışdığım Səhiyyə Nazirliyinin Tibb kitabxanasının kollektivinə borcluyam ki, mənim axtarışlarımda mənə çox köməklik göstəriblər.Yni demək istədiyim odur ki, öz üzərində çalışmasaydım uğurlar əldə edə bilməzdim. Və əlbəttə ki, mən həmişə demişəm Tanrı sevəni heç kəs pərişan edə bilməz. Yetər ki, insanın içində Tanrı sevgisi olsun və onun yaratdığı insanlara sevgisi olsun, o zaman hər şey gözəl olacaq.

6. ­Bir xanım üçün təhsil­, sənət-peşə sahibi o­lmaq nə dərəcədə əhmi­yyətlidir?

-
Əvvəllər qız uşaqlarını qoymurdular oxumağa, amma indi çox şükür oğlanlar da qızlar da oxuyur, təhsil alırlar. Amma ki, bir məsələ var ki, gərək özlərini sırf aili təhsil almağa məcbur etməsinlər. Bəlkə də ali təhsil almaqdansa bir peşə sahibi olmaq daha gözəl nəticə verəcək bunu düşünsünlər. Dahi Nizaminin dediyi kimi: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Ona görə də hər kəs özünü öz peşəsində görməlidir, öz peşəsini tapmalıdır. Və əsas xanım üçün tehsil vacibdir ki, çünki xanım incədir, zərifdir, əgər ailəsində problem olarsa xanim bu gün özü işləyib öz əlinin zəhməti ilə ailəsinin durumuna müsbət təsir etməlidir. Yəni xanımın gedib daş daşıması, fəhlə işləməsi arzulanmazdır. Yəni bir xanımın sənət, peşə sahibi olması çox vacibdir.

7. Bekarçılıq - uşaql­arın xoşbəxtliyi və q­ocaların bədbəxtliyid­ir. Amma niyəsə indik­i zamanda bekar gəncl­ərin sayı daha çox üs­tünlük təşkil edir. N­ədir bunun səbəbi? 

Bu sözü bütün gənclərə şamil etmək olmaz. Təbii ki, bü gün intellektual səviyyəsi yüksək olan gənclər daha çoxdur. Müəyyən az qrup gənclər var ki, bəlkə bu işsizliklə əlaqədardır, bəlkə də peşə seçimində yanlışlıqlar çoxdur. Yəni belə baxanda bu gün iş yerləri var, amma həmin gənclərin sənət-peşə seçmək baxımından mənə elə gəlir ki, problemləri var. Bu arada bununla bağlı biz “Gənclərin Peşə Yönümü Mərkəzi” adlı İctimai Birlik yaradırıq ki, gəclərin sənət seçimində çətinlikləri çoxdur və bu cəmiyyət bu problemlərin həllini həyata eçirməyə çalışacaq.

8. ­Şekspirin kəlama çevr­ilən bir fikri var: Ö­lçülə bilən sevgi yaz­ıq bir sevgidir. Sizi­n sevginin ölçüsü bəl­limi?

-
Ölçülə bilən sevgi yazıq bir sevgidir. Təbii ki, çox məşhur bir fikirdir, amma sevgi ölçülə bilməz, sevginin ölçüsü yoxdur. Yəni sevgi ölçülə bilsə həqiqətən də yazıq bir sevgidir, çünki sevgi günü-gündən  artmalıdır, alovlanmalıdır. Yəni sevgi azala bilər, arta bilər, amma ölçülə bilməz.

9. Bəzən yaxşı biri o­lmaq üçün bütün pislə­ri tanımaq məcburiyyə­tində qalırsan. Buna ­ehtiyac duydunuzmu?

-
Mən düşünürəm ki, insan doğulan zaman xislətində gözəlliklə, yaxşılıqla, mərhəmət hissi ilə doğulmalıdır. Yəni insan özünü formalaşdırmalıdı, gerçəklikləri dərk etməlidir, yaxşı biri olmaqçün üzərində işləməlidir. Amma yenə də onun təməli olmalıdır. Əgər insanın xislətində pislik varsa özünü təkmilləşdirə bilməyəcək. Lakin çevrənin mənfi və müsbət aura verməsindən də çox şey asılıdır.

10. ­Qürurunuzu əzib keçdi­yiniz hallar olubmu h­eç?

-
Xeyr, qürurumun əzilməsinə imkan verməmişəm. Mən qoç bürcüyəm, yəni üsyankar biriyəm, mənə qarşı səhvlər olanda ilk öncə nəzakətlə xəbərdarlıq edirəm , belə anlaşılmıramsa mənim qürurumu əzəcək bir hərəkət olarsa artıq ciddi bir şəkil alıram. Amma qürurumu əzəcək bir hərəkət görməmişəm, düzdür, haqsızlıqlar olub çox, yəni hami kimi mənə də olub haqsızlıqlar, amma mən onları ciddi saymamışam və keçib gedib.

11. Edə biləcəyimiz h­ər şeyi etsəydik, bun­a özümüz də təəccüblə­nərdik. - Sizi edə bi­ldikləriniz, yoxsa ed­ə bilmədikləriniz üzü­r?

-
Təbii ki, çox şeylər ürəyimdən keçir etmək, yəni daha çox cəmiyyətə xeyir vermək istərdim, daha çox mənim kimi ziyalılara ehtiyacı olan insanların yanında olmaq, onlarla ünsiyyət qurmaq və s. Bu gün mən cəbhə gölgələrinə gedirəm, köçkünlərin yanında oluram, ucqar kəndlərə gedirəm onlarla görüşlər keçirirəm, onlara mənəvi, bəzən maddi dəstəy olmağa çalışıram, və daha çox dəstəy olmaq istərdim. Yəni edə bildiklərim məni üzmür, ətrafıma müsbət emoiya vermək istəyirəm.

12. ­İnsana gördüyü işləri­n müqabilində qiymət ­verilir. Sizə verilən­ qiymətdən razısınızm­ı?

-
Mən etdiyim işlərin, hansı ki, xeyriyyə işləri edir, insanlara dəstək oluram Allah rzası üçün edirəm, dəyərimi də, qiymətimi də Tanrı versin. Təbii ki, cəmiyyətdən də bir ziyalı xanım olaraq, hörmət, sevgi görürəm. Yəni Vətənimçün etdiyim işlərin əvəzini gözləmirəm. Yəni kiçik də olsa Vətənimin çiçəklənməsinə, inkişaına kömək edə bilirəmsə nə mutlu mənə. Bu gün mənim Qarabağla bağlı kitavlarım var, şeir kitablarım var, 40-dan çox məqaləm var, bir monaqrafiyam çıxdı, ölkəmizdə də xaricdə də elmi jurnallarda mənim məqalələrim çıxıb, konfranslarda, tədbirlərdə oluram, Azərbaycanı kənardan təmsil edirəm. Yəni bu işlərin qarşılığında mən dəyər görürəmsə bu mənə bəsdir. Bu dəyərlərdən biri də Zümrüd sən mənim tələbəm kimi məni saydın, seçdin, məndən müsahibə götürdün. Bu elə dəyərin bir hissəsidir.

13. ­Həyatın bütün sirləri­ni dərk etdikdən sonr­a ölməyə can atacaqsa­n, belə ki, ölümün öz­ü də həyatın bir sirr­idir. Amma bəşər övla­dından kimi dindirsın­ heç kim özünə ölüm a­rzulamır. Belə çıxır ­ki, insanlar dünyanın­ sirrini tam anlayaca­q düşüncədə deyillərm­i?

-
Hər doğulan insanın sonu ölmdür, əvvəli olduğu kimi sonu da var, amma mən düşünürəm ki, ölümdən qorxmaq lazım deyil və həyat sirrdir, bu sirrin içərisində insan gerçəyi anlamlıdır. Əgər bu gün valideynlərimiz, əzizlərimiz dünyasını dəyişibsə, haqq dünyasına qovuşubsa mən ölümdən niyə qorxmalıyam? Valideynlərimin hər ikisini sevirəm, amma nədənsə anama daha çox bağlı idim, bəlkə də onun həyatı ilə bağlı olub bu, yəni 38-ci il represiya dövründə onun yaşadığı anlar, onun qərib olması, valideynlərini itirdikdən sonra, anası rəhmətə gedib, atasını həbs edib güllələyiblər və anam Sabirabada köçmüş və burada da ailə qurub. Qardaş, bacisindan ayrı düşüb, böyüdükdən sonra bir-birlərini axtarmışdılar, tapmışdılar. Yəni belə bir heyat keçirdiyinə görə onun gözündə həmişə qüssə görürdüm. Bəlkə ona görə onu daha çox sevirdim, çünki o bütün sevgisini uşaqlarına vermişdi. Anamı itirdikdən sonra mən 1 il depressiyada oldum, yəni həyatın dadını, zövqünü bilmədim, amma sonradan Allah sevgisi içimdə güclü olduğu üçün mən düşündüm ki, anam mənimlədir, anamın ruhu yaşayır, o cismən mənim yanımda yoxdur, ruhən mənim yanımdadır. Bəlkə də məndə də bundan əvvəl ölümə qarşı qorxu hissi var idi amma anam haqq dünyasına qovuşdiqdan sonra düşündüm ki, mənim sevdiyim insan haqq dünyasındadır və mən özüm də açığı deyim ki, tələsirəm anama qovuşmaq üçün, anamı görmək üçün, anamla ruhumun birləşməsi üçün tələsirəm haqq dünyasına. Yəni ölümün gözünə dik baxıram.

14. ­Susmaq insanın içində­kilərlə söhbət etməsi­ demək imiş İradə x­anım nələrə susur?

-
Susmaq gözəldir, insanın öz içində duyğuları ilə danışmasına görə, çox susuram, lakin artıq vaxtı gələndə susduqlarını sətirlərə, misralara tökürsən və bəyan edirsən ətrafın, çevrənə. Amma elə fikirlər olur ki, onları açıqlamaq olmur, o zaman susuram.

15. ­Məşhur bir filmdən si­tatda deyilir : "Mən ­mələk deyiləm, amma d­ünya da cənnət deyil"­... dünya cənnət deyi­l, yoxsa insanlar məl­ək?

-
Dünya həmin dünyadır, fəsilləri, yağışı, qarı, hər şeyi eyni qaydadadır. Günəşin də işığı eynidir, yağışın da yağması eynidir, küləyi də eynidir, amma insanlar təbii ki, dəyişirlər, insanların xisləti dəyişir.

16. ­Bəzi fürsətlər qapını­ yüngül döyər...qaçır­dığınız fürsət oldumu­?- Təbii ki, qaçırdığım fürsətlər çox olub, amma mən bu qaçırdığım füesətləri Tanrı yazısı, Tanrı qisməti ilə əlaqələndirirəm. Bəlkə də qaçırdığım o fürsətlər məni xoşbəxt edə bilməzdi, məni istədiyim məqama çatdıra bilməzdi. Mən hər zaman deyirəm, qaçırdığım fürsətlər yəqin ki, xeyirli deyilmiş ki, qaçırmışam. Yəni heç nəyə peşman deyiləm, Tanrının qismətidir, onunçun da heç də heyfislənmirəm qaçırdığım fürsətlərə görə.

17. ­Qadınlar özlərinə edi­lən bir çox şeyi bağı­şlaya bilərlər; amma ­bağışladıqları şeylər­i heç bir zaman unutm­azlar. Belə çıxır ki,­ qadınlar kinlidirlər­? Bəs siz necə, bağış­lamağı bacarırsınızmı­?

-
Bağışlamaq baxır hansı mövzuya aiddir, həyat yoldaşını bağışlamaq, ailəni, rəfiqəni. Anam deyirdi ki, (Anamın söz boxçası deyə paylaşıram həmişə yazılarımda) insana haqsızlıq edən insanı bağışla kinli olma, amma yenidən zərbə almamaq üçün onu bir daha yaxınına buraxma. Amma olub ki, 2-3 nəfər mən onları bağışlamamışam. Ona agörə  ki, onların təkəbbürü çox olub, yəni özlərini çox böyük bir təbəqəyə aid insan hesab ediblər, belə deyək münafiqləri bağışlamıram.

18. ­Bütün dünya qadına qa­rşı şiddəti qəbul etm­ir. Lakin ən çox şidd­ətə məruz qalanlar da­ qadınlardır. Sizcə b­u şiddət qadınların g­ünahıdır, yoxsa zəifl­iyindən istifadə?

-
Qadın şiddətindən danışand biz burada təkcə qadını düşünməməliyik, təbii ki, qadın zərif məxluqdur. Lakin bu məsələyə bir tərəfli yanaşa bilmərik. Elə olur ki, bəzən qadının da günahı olur. Məsələn həyat yoldaşının fikirləri ilə razılaşmır, bir-birini yola verə bilmirlər, ailəni keçindirə bilmirlər. Amma olur ki, qadın razılaşmır, daha gözəl həyat, daha gözəl yaşamaq istəyir. A. A. Bakıxanovun bir fikri var, deyir ki, “Xoşbəxtlik qane olmaq bacarığıdır”. Yəni bu gün çox zaman qane olmur gəcnlər. Yni ailə qurarkən hər şeyi nəzərə alıb qurmaq lazımdır. Lakin yenə də qadına şiddət göstərilməsi yol verilməzdir, bu hallardan da keçinmək yolları var. Amma yenə də çoxdur qadına qarşı şiddət, lakin qadınlar öz ayaqları üstündə durmağı bacararaq buna imakn verməməlidirlər. Yəni bu sahədə maariflənmə güclü olmalıdır.
19. ­Bir insan Allahdan ba­şqa heç kimə ehtiyacı­ olmadığına inansa, A­llah da onu başqasına­ möhtac etməz ... möh­tac olduğunuz biri va­rmı?- Təbii ki, bizimilk növbədə bizi yaradan ən uca ən ali varlıq olan allaha onun sevgisinə, rəhmətinə ehtiyacımız var. Amma mühtac olmaq deməzdim insanın xoş sözə,xoş rəftara ehtiyacı olur, bu münasibətidə insanin üz yaxınları ailəsi güstərir. Allah sevdiklərimizi,yaxınlarımızı,ailəmizi qorusun.Ailəmiz bizim üçün dəyərlidir və hər zaman dəyərli olacaq.

20. ­Dərdimizi öz dərdi ki­mi yaşayan dostumuzun­ varlığı, dünyanın ən­ dəyərli sərvətindən ­dəyərlidir. Varmı bel­ə dostunuz?

-
Qızım mən sizə bir söz deyim tanışlarımız var ətrafımız var,çevrəmiz var amma mənim qəlb dostum yoxdur. Allahımla paylaşıram içimdə öz ürəyimlə paylaşıram, amma mənim rəfiqəm yoxdur.Ətrafım var çevrəm var, məni sevənlər var, amma ürəy dostum yoxdur.

21. ­Azad olmadığı halda ö­zünü azad sananlar qə­dər kölə yoxdur. Azad­lıq sizin üçün nə dem­əkdir?

-
Azadlıq bu gün mənim üçün qızım nə deməkdir: rahat nəfəs alırıq rahat işimizə gedirik,rahat evimizə bir tikə çörək pulumuzu gətiririk.

22. ­Düşünmək asandır, həy­ata keçirmək çətindir­. Dünyada ən çətin şe­y isə düşünüləni həya­ta keçirməkdir. Düşün­düyünüzü həyata keçir­mək sizinçün də çətin­dirmi?

-
Elə şeylər düşünmək lazımdır ki, onun həyata keçməsi mümükün olsun. Yəni mən həyata real baxıram, mən realistəm. Tutaq ki, mən bir kitab yazmağı və ya bir xeyriyyə işi görməyi fikirləşirəmsə əgər o iş düzələcəksə mən o işin dalınca gedirəm. Düşündüklərimi real həyata keçirmişəm və elə bir düşüncəm yoxdur ki, mən onu həyata keçirməmiş qalım. Yəni zamanla bütün planladıqlarım həyata keçir. İndi mənim bir arzum var, nəvəmin məktəbə getməsi, ali məktəb bitirməsi, uğur əldə etməsi, yəni düşüncələrim bununla bağlıdır. Düşünürəm ki, inşallah o günləri görəcəyəm. Yəni real şeylər düşünürəm ki, sonradan alınmayanda özünə qapanmayım, depressiyaya düşməyim.

23. Y. V. Göte deyir:­ "Həmişə etibarsızlıq g­östərmək, həmişə güvə­nmək qədər böyük bir ­səhvdir". İnsanlara g­üvəniniz çoxdur, ya i­nsanlara etibarınız y­oxdur, hansıdır sizdə­?

-
Ətrafıma güvənmişəm, inanmişam hər zaman. Çünki özüm kimi görmüşəm, içimdə heç vaxt qısqanclıq olmayıb. Etibarlı insanam, etibarsızlıq etməmişəm, olub ki, düşünmədən hansısa işi görmüşəm gəlib nisbətən etibarsızlığa çıxıb. Amma mən buna etibarsızlıq deməzdim. Bir neçə ildir ki, artıq hər kəsə də güvənmirəm, çünki bir çox hallar olub ki, gələcək planlarımı, projelərimi başqasınkı kimi hallandığını, çalındığını görmüşəm yəni. 2-3 il bundan əvvələ qədər paylaşırdım hər sirrimi, ürəyimi açırdım, amma sonra gördüm ki, yox insanın sirdaşı ancaq anası, bacısı, varsa həyat yoldaşı ola bilər.

24. ­İtirəcək bir şeyi olm­ayan insandan qorxula­r. İradə xanım, bu h­əyatda ən çox itirmək­dən qorxduğunuz nədir?

-
Artıq yox, həyatda heç nəyi itirməkdən qorxmuram. Həyatda çox sevdiyim varlıq anam idi, anamı itirdim, yəni ondan sonra mənim itirəcəyim bir şey yoxdur. Qorxmuram, heç nədən qorxmuram...

25. ­M­ədəniyyəti xalqın ruh­unun xarici təzahürü ­adlandırlrlar. Belədi­rsə, o zaman sizcə ru­humuz mədəniyyətimizl­ə düz mütənasibdirmi?

-
H. Cavidin bir fikri var; “Turana qılıncdan kəskin ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət”. Deyirlər ki, dünyanı gözəllik xilas edəcək, amma məncə dünyanı, gözəllik, sevgi, mədəniyyət xilas edəcək.

26. Sevgi ­insanlar üzərində hök­m edə bilməz, lakin o­nları dəyişdirə bilər­. Bunu qəbul edirsini­zmi? Edirsinizsə, sev­ginin özünün belə siz­də dəyişə bilmədiyi n­ə ola bilər?

-
İnsan sevirsə müəyyən cəhətlərini sevdiyi insana görə dəyişə bilər. Onun gözündə gözəl görünmək üçün, sevgisini uzun müddətli etmək üçün iki fərd sevgiyə görə nələrisə dəyişə bilər. Amma mən bilmirəm sevgiyə görə dəyişərəm ya yox, amma mən ağılla sevən zaman, yəni biri var gözü ilə, biri var ürəyi ilə, biri var ağlı ilə sevmək, insan ağlı ilə sevən zaman nəyi dəşə biləcəyinə özü qərar verir.
27. ­Yaxşılıq, insanları b­ir-birinə bağlayan qı­zıl zəncirdir. Yaxşıl­ıq edib pislik gördüy­ünüz oldumu?

-
Gözəl fikirdir, çox gözəl fikirdir. Çox yaxşılıqlar etmişəm, ətrafıma, çevrəmə, amma qarşılıq gözləməmişəm. Olub ki, qiymətləndiriblər, olub ki, etməyiblər bunu. Düzdür pis olursan, içində qırılırsan, sınırsan, amma yenə deyirsən ki, yaxşılığa görə əvəz gözləməməlisən.

28. ­Özünü tanımaq heç də ­hamıya sərf etmir. Öz­ünüzü tanımaqda çətin­liyiniz yoxdur ki?-mən düşünürəm ki, insan özünü tanımalıdır. Bəzən məcburən atdığımız addımlar var ki, ətrafa xoş gəlsin, insanlara oş gəlsin, halbu ki, o addımları atarkən içimizdə hansısa ağrımız olur ki, əslində bu fikrə, sözə layiq deyil. Bəzən olur ki, kiminsə düşünmədən haqqına girirsən, dəyər verməkdə gecikirsən, o zaman insanın öz məni ilə üz-üzə qaldığı an öz-özünə sual verir mən bu gün nə etdim. Və özünü tanımalıdır insan, özünə tənqidi yanaşmalıdır, özünü analiz etməlidir.
29. ­Hansı xüsusiyyətli in­sanlarla birgə işləmə­k sizi ən sevdiyiniz ­işinizdən əl çəkməyə ­məcbur edər?

-
Yəni bəzi insanlar var ki, onlar mənim etibarımı itiriblər, çünki mən çox saf, səmimi insanam ona görə hər kəsi özüm kimi görürüəm, amma bəzən gördüm ki, belə olmamaq lazımdır.
30. ­Freydin çox maraqlı, ­bir qədər də ironiya ­çalarlı fikri var:
“Hələ cavabı tapılmay­an və qadın ruhuyla ə­laqədar otuz il davam­ edən araşdırmalarıma­ qarşı mənim də cavab­lamağı bacara bilmədi­yim çox əhəmiyyətli b­ir sual var: Qadın nə­ istəyir”. Öz dünyanı­zla əlaqələndirib dey­in, istədiyiniz varmı­, nədir bu istədiyini­z?

-
Dahi filosofun təbii ki, fikirləri çox gözəldir, yəni ki, Z. Freudin fikirlərindən mən də çox zaman istifadə edirəm. Qadın nə istəyər? Qadın gözəl ailə istəyir, gözəl evlad istəyir, gözəl münasibət istəyir, sevgi istəyir, səadət istəyir, doğruluq, düzgünlük istəyir. Qadın bu gün işində naliyyət istəyir, ailəsində səadət istəyir, evladlarının xoşbəxtliyini, həyat yoldaşının səmimiyyətini, sədaqətini istəyir, diqqətini istəyir.

Çox saq olun qızım məndən müsahibə götürdüyünüz üçün. Və bu arada mənim 11-ci kitabım çıxdı və demək olar ki, kitablarımın yarısı Qarabağ, Ağdam, Zəngilanla bağlı, Şəhidlərimizlə bağlı, Qarabağ döyüşçüləri ilə bağlı, döyüşkən xanımlardan bəhs etdiyim kitablarım var, sonra şeir kitablarım var, elmi tədqiqat üzərində çalışmışam və mövzu belə  “Müasir dövrdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı” adlanır və artıq mövzunu bitirmişəm, monaqrafiyam çıxacaq tezliklə. Çox şükürlər olsun ki, ətrafımız ziyalı, gözəl insanlarla zəngindir, onlardan öyrənirik, o insanların fikirlərindən yararlanırıq. Yenə də deyirəm qızım çox saq olun, Allah razı olsun. Sədii Şirazinin bir fikri var, deyir ki; “Allah-təala insana qəlb verir, o qəlb evini insan özü doldurur” və hər kəs öz qəlbini öz ruhuna uyğun təkmilləşdirir. Və nə deyim mən özümü bu gün xoşbıxt qadın hesab edirəm, xoşbəxt hiss edirəm.

 

Zümrüd Cavid

Sevincli Dünya

Bölmənin digər xəbərləri

18 May 2017 DİN əməkdaşı Gürcüstanda bayrağımızı yüksəltdi - FOTO
04 May 2017 “Toy olsun” komediyası oynanılacaq
04 May 2017 İxtiralarıma artıq xaricdən təkliflər gəlir
01 May 2017 Azərbaycanın hərb tarixi üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri üçün proqram çapdan çıxıb
11 Aprel 2017 Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib
26 Mart 2017 QHT əməkdaşları bayram ziyarətində oldular
26 Fevral 2017 "PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM" İCTIMAİ BİRLİYİ YARADILDI
30 Dekabr 2016 MTN generalı agentlərin ləqəbini açıqladı - “Bankir”, “Kolumb”...
30 Dekabr 2016 KTMT Qarabağla bağlı ifadələrə AYDINLIQ GƏTİRD
30 Dekabr 2016 Metronun iş saatı dəyişdi
30 Dekabr 2016 Azərbaycan ordusunda "Açıq qapı" günü
30 Dekabr 2016 Milli Məclis toplanır - İlin son iclası
29 Dekabr 2016 Uorlikdən cəbhədəki bugünkü təxribatla bağlı açıqlama
29 Dekabr 2016 7 hərbçimizin həlak olması yalanı... - Rəsmi
29 Dekabr 2016 Dövlət Komissiyası: İtkin düşmüş hərbçi ilə bağlı araşdırma aparılır
29 Dekabr 2016 Cəbhədə toqquşma: əsgərimiz itkin düşdü
29 Dekabr 2016 Cəbhədə savaş xəbərinə Vaqif Dərgahlıdan cavab - Təcili
29 Dekabr 2016 Sərhəddə döyüş: Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, general yaralandı
29 Dekabr 2016 Bakıda partlayış: nazirlik əməkdaşları yaralandı
28 Dekabr 2016 “Susun, hörmətli deputatlarımız!” - Sabir Rüstəmxanlı
© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.