e50.jpg
Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.

 

Hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib. Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın söndürülüb. Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

APA

Bölmənin digər xəbərləri

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.