e52.jpg
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Pressaz.com FHN-nin saytına istinadən xəbər verir ki, yanğın "Rahatlığın Məkanı" MMC-nin ərazisində baş verib. Nəticədə həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bölmənin digər xəbərləri

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.