nava.jpg

Namiq Ələsgərovu heyətinə qatan “Neftçi” daha bir  futbolçu ilə güclənib.

 

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın budəfəki transferi legioner olub.

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bildirib ki, “Neftçi” Gürcüstan yığmasının üzvü Georgi Navalovskini heyətinə cəlb edib. Tərəflər arasında münasibətlər artıq rəsmiləşdirilib.

Azərbaycan Navalovski üçün yad ölkə deyil. Belə ki, 30 yaşlı müdafiəçi 2010-cu ildə icarə əsasında Bakı “İnter”inin formasını geyinib.

Qeyd edək ki, 2008-ci ildən Gürcüstan yığmasına çağırılan Navalovskinin son klubu Yunanıstan təmsilçisi “Veria” olub.  

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.