B8.jpg
Azərbaycanda xarici borcların ödənilməsi üçün bankların böyük hissəsinin bağlanması təklif edilir. 
Bu barədə iqtisadi problemlərdən çıxış yolları ilə bağlı məqaləsində iqtisad elmləri doktoru, ekspert Fikrət Yusifov bildirib.

O hesab edir ki, Azərbaycanda   manatın tam sərbəst buraxılmasına qədər əhalinin banklardan xarici valyutada götürdüyü kreditlərdən aztəminatlı ailələrə aid olan 2000 ABŞ dollarına qədər hissəsi bağışlanılmalı, yerdə qalan hissəsi isə güzəştli məzənnə ilə manata çevrilməlidir: “Bu addım təbii ki, xarici kredit təşkilatları qarşısında öhdəliyi olan bankların vəziyyətini ağırlaşdıracaq. Lakin bundan qorxmaq lazım deyil”.  Ekspert bildirir ki, bundan sonra ölkədə daha 20 bankın bağlanması və onların aktivlərinin satılması yolu ilə xarici borcların ödənilməsi mümkündür.

Fikrət Yusifov əlavə edib ki, xarici valyutada olan əmanətlərin manatla olan əmanətlərə çevrilməsinin və əhalinin manata olan inamının tam bərpa olunmasını təmin etmək məqsədilə manatla olan əmanətlərə görə ilik faiz ödənişini 20%-ə qaldırmaq və manatla olan əmanətləri 10 il müddətinə 100 % sığortalamaq lazımdır. Banklar onsuz da kreditləri 25-30 və bundan daha çox faizlə verirlər. Ona görə də əmanətlərə görə faiz ödənişini çəkinmədən 20%-ə qədər artırmaq olar;

Ekspert deyib ki, valyuta bazarına tam nəzarəti təmin etmək məqsədilə bankların valyuta birjasından aldıqları valyutanın hərəkətinə xüsusi nəzarət sistemi qurulmalıdır. Eyni zamanda valyuta bazarına edilən qeyri-rəsmi basqıların qarşısının alınması üçün ən sərt tədbirlər nəzərdə tutulmalıdır.

Fins.az
© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.