b15.jpg
Azərsu ASC-nin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları 20,8 mln. manat, maliyyə sanksiyaları isə 2,2 mln. manat təşkil edir.

 

Bu barədə Vergilər Nazirliyinin (VN) Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov məlumat verib.

O, bu barədə "Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin Milli Məclisin komitə iclasında müzakirəsi zamanı danışıb.

Nazirlik rəsmisinin sözlərinə görə, 1 dekabr 2017-ci il tarixinə vergi borclarının məbləği 1 mlrd. 527 mln manat təşkil edir ki, bunun 904,3 mln. manatı əsas vergi borclarıdır, 237,1 mln. mamatı maliyyə sansiyası, 386,4 mln. manatı faiz borcudur: "Qanunun qəbulu nəticəsində vergi borclarının məbləği 900 mln. manata düşəcək".

Report.az

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.