s40.jpg
Dünyada bacarıqsız insan yoxdur. Sadəcə o qabiliyyəti üzə çıxarıb inkişaf etdirmək lazımdır. Tovuzun Dönük-Qırıqlı kənd sakini Aqil Məmmədov kimi. O, özündə olan yaratmaq qabiliyyətini real həyatda təzahür etdirməyi bacaranlardandır.



Onun ilk əl işi ekskavatordur. O, bu modeli şpris, taxta və nazik borulardan düzəldib. Çəkisi qədər də yük götürmək qabiliyyətinə malikdir. Hərəkət trayektoriyası da real texnikadan fərqlənmir.

Onun kəşf etdiyi bu qurğu isə enerji sərfiyyatı olmadan suyu özündən iki dəfə yuxarı qaldırmaq qabiliyyətinə malikdir. İki su qabı bir-birinə nazik borularla birləşdirilib. İçərisində yaranan sıxlıq suyu təziqlə bir qabdan digərinə itki vermədən ötürür. Bunun üçün birinci qab hökmən daimi su ilə təmin olunmalıdır. Fizika qanunlarının tətbiqi ilə enerji də almaq mümkün ola bilər.

Maraqlı kəşflərdən biri də bu qurğudur. Mühərrik və ya elektrik enerjisi olmadan bir neçə dəqiqə öz hərəkət trayektoriyasında fırlanır. Maketin hazırlanmasında taxta və rezin materialdan istifadə olunub.

Müsahibim bildirir ki, daha çox qurğu düzəldə bilər. Buna mane olan isə onun emalatxanasının, alətlərinin, maliyyə dəstəyinin olmamasıdır. Hələ ki, ona bu işləri ərsəyə gətirməkdə atası və dostları yardım edir.

Aqil mühəndislərdən məsləhət alaraq daha böyük işlər görmək istəyir. Deyir ki, ixtirasını bir az da təkmilləşdirsə düzəltdiyi qurğular ölkəmizin gələcək sənaye inkişafında da istifadə oluna bilər. Və bir də arzusu var... Əl işlərindən ibarət sərgi açmaq.

s41.jpg
s42.jpg
s43.jpg

 
© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.