kelem.png
Kəskin ayaq ağrılarından xilas edən təbii müalicə üsulu: Kələm sarğısı ilə bütün ağrılarınızı unudacaqsınız!

Ayaqlarınız tez-tez ağrıyırsa, mütləq bol maye qəbul edib, yürüşə başlamalısınız. Bir də kələm yarpağı ilə bu problemi həll edə bilərsiniz...

Bəziləri çox siqaret çəkməkdən, bəziləri də hərəkətsizlikdən dolayı yaranan ayaq ağrılarından şikayətlənirlər. Ətrafınızdakı yaşlılara nəzər salın. Onların çoxunun səhhətindəki ən mühüm problem ayaq ağrılarıdır. Bəs bu ayaq ağrılarından xilas olmaq üçün nə etmək lazımdır?
Ayaq ağrılarını təbii bitkilər vasitəsi ilə aradan qaldırmaq mümkündür. Dərmanlarla müalicəyə başlamazdan əvvəl bu müalicə üsulunu sınaqdan keçirməkdə fayda var. Həmçinin çoxlu maye qəbul edib, yürüşə başlamaq tövsiyə olunur. Təmiz havada 10 dəqiqə yürüş belə kəskin ayaq ağrılarının xilaskarı ola bilər. Qalın corab geyinmək də çox kömək etmir.
Bu ağrılardan xilas olmaq üçün kələmdən istifadə edə bilərsiniz.

Kələm kompresinin 3 üsulunu təqdim edirik:

1. Ayağın ağrıyan yerlərini qaynadılmış kələm yarpaqları ilə ilıq halda sarıyıb 10 dəqiqə gözləyin. Kələm yarpaqları ilə uzun müddətli müalicə sizi bütün ağrılardan xilas edə bilər. Kələmin möcüzələri yalnız ağrılar üzərində deyil, demək olar ki, sağlamlıq və gənclik anbarı kimi tanınır.

2. Kələm yarpaqları ilə kompress çox yaxşı effekt verir. 1 neçə kələm yarpağını yumaq, döymək, üzərinə bal çəkib ağrı nahiyəsinə qoymaq lazımdır. Proseduru 1 ay ərzində gecələr etmək məsləhət görülür.

3. Bir neçə kələm yarpağını dondurucuda soyudun, amma dondurmayın, yarpaqlar elastikliyini qoruyub saxlamalıdır. Ayaqlarınıza bu yarpaqları sarıyın və onları hündür bir əşyanın üzərinə qoyub uzanın, yarım saat bu vəziyyətdə qalın. Kompresi açdıqdan sonra ayaqlarınızın şişinin azaldığını və ağrının keçdiyini hiss edəcəksiniz.(saqlamheyat.az)

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.