a23.jpg
Hələb şəhərinin şərqində baş tutan atəşkəs və təxliyə razılığı ilə bağlı Rusiya və Türkiyənin vasitəçiliyindən məmnunuq.

 

Bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Cenevrədə çıxışı zamanı deyib.

BMT rəsmisi təxliyə edilən minlərlə insanın müxaliflərin nəzarətindəki bölgələrə keçdiyini bildirib:

“Əksəriyyəti nəzəri olaraq sonrakı Hələb sayılan İdlibə gedib. Türkiyənin insan haqları ilə məşğul olan qurumları bu işdə xüsusi fəallıq göstərdilər. Məlumdur ki, Rusiya və Türkiyə Hələbdəki təxliyələrlə bağlı uzunmüddətli müzakirələr apardı”.

Qeyd edək ki, bu günə kimi 35 mindən çox mülki şəxsin Hələbdən çıxarıldığı bildirilib.

Axar.az

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.