"Azercell"də zənglər işləmir - ŞİRKƏTDƏN AÇIQLAMA

 

"Azercell" mobil operatorunun abunəçiləri problemlə üzləşib.

Pressaz.com
xəbər verir ki, abunəçilər iki gündür normal zəng edə bilmədiklərindən şikayətlənir.

Sosial şəbəkələrdə abunəçilər "Azercell" nömrələrinə zəng çatmadığını, gün ərzində problemin aradan qaldırılmadığını deyirlər.
Mobil operator yaranmış vəziyyətlə bağlı abunəçilərinə müraciət edib.

Müraciətdə hazırda "Azercell" abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşandığı bildirilib: "Tövsiyə edirik ki, abunəçilərimiz səsli zəng xidmətlərindən istifadə edərkən, 2G şəbəkəsinə keçsinlər".

Qeyd edək ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətləri tam gücü ilə fəaliyyət göstərir. Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək".  /oxu.az/шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →