Gömrük rüsumundan azad edilən məhsullar - SİYAHI

 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən aşağıdakı məhsullar gömrük rüsumundan azad olunub.

Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

S İ Y A H I S I

XİFMN üzrə koduMal mövqelərinin adları
12
Qrup 01-dən 
0102 21Safqanlı cins iribuynuzlu diri heyvanlar 
0104 10 100 0Safqanlı cins diri qoyunlar 
0104 20 100 0Safqanlı cins diri keçilər 
0105 11 110 0Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin yumurtlayan növləri
0105 11 190 0Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin digər növləri
 Qrup 12-dən 
1201 10 000 0Toxumluq soya paxlaları
1206 00 100 0Əkin üçün günəbaxan toxumu 
1209 10 000 0Əkin üçün şəkər çuğunduru toxumu 
1209 22 100 0Qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.) 
1209 29 600 0Yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)
 Qrup 31Gübrələr 
 Qrup 38-dən 
3808-dənKənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 yarımmövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa) 
12
 Qrup 84-dən 
8419 31 000 0Kənd təsərrüfatı məhsulları üçün quruducular 
8421 11 000 0Süd separatorları 
8421 21 000 1Qida sənayesində istifadə edilən suyun filtrlənməsi və ya təmizlənməsi üçün avadanlıqlar və qurğular
8422 20 000 1Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıqlar
8422 90 900 1Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri
8424 81Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşmaq və ya traktorlara yedəkləmək üçün nəzərdə tutulmuş toz tozlandırıcıları və səpələyiciləri, daşınan və digər qurğular
8428 20 200 1Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün pnevmatik qaldırıcılar və konveyerlər
8428 90 710 0Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına qoşmaq üçün hazırlanmış yükləyici qurğular
8432-dənKənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 1 alt yarımmövqeyində göstərilən qazon və idman meydançaları üçün katoklar istisna olmaqla)
8433-dənKənd təsərrüfatı bitkilərinin yığılması və ya döyümlənməsi üçün maşınlar və ya mexanizmlər, pres çeşidləyici, küləş və samanı kiplərə bağlayan preslər də daxil olmaqla; otbiçənlər; yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar (8433 11 və     8433 19 yarımmövqelərində göstərilən qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla)
 
12
8434Sağıcı qurğu və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıqlar
8436Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların cücərdilməsi üçün mexaniki və ya qızdırıcı qurğulu avadanlıqlar da daxil edilməklə, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər
8437Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa
8438Bu qrupda başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki yağlarının və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün avadanlıqlardan başqa


/qafqazinfo.az/ шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →