Aynurə Yusub - Ana dilini sevin!

 

Əsrlər boyu tarixin sınağından çıxıb, cihalanaraq dövrümüzə gəlib çatan Azərbaycan dili! Bu dil hər birimiz üçün əziz və müqəddəsdir. Ümumiyyətlə, dil xalqın mənəvi sərvətidir. Azərbaycan dili qədim tarixə malikdir. İlk dəfə XVI-cı əsrdə Səfəvilər dövlətinin qurucusu I İsmayıl rəsmi dövlət dilini Azərbaycan türkcəsi olaraq qəbul etmiş, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar. Ölkələrarası diplomatik yazışmalar, hüquqi sənədlər məhz bu dildə yazılırdı. Zaman keçdikcə təkcə torpaqlarımız işğal olunmadı, həmçinin dilimiz bizə unutdurulmağa çalışıldı. Müəyyən ağır qadağalar qoyuldu. Bütün bunlara baxmayaraq dilimiz daim yaşadı. Bu dil bizə əcdadlarımızın, ulu babalarımızın ərməğanıdır. Biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxildir.  Azərbaycan dili söz zənginliyinə və axıcılığına görə digər dillərdən olduqca seçilir. Dilimizdə sayısız-hesabsız kitablar yazılmış, qəzetlər, jurnallar, lüğətlər və ensiklopediyalar çap olunmuşdur. Dahi sənətkarlarımız, mahir söz ustadlarımız bu dildə bir-birindən gözəl poeziya nümunələri, nəsr və dram əsərləri yazmış, ana dilimizlə qürur duymuşlar. Rus şairi M.Y.Lermontov "Avropada fransız dili olduğu kimi, Asiyada da Azərbaycan dilini bilmək zəruridir" deyərək bizim ana dilimizin nə qədər əhəmiyyətli olduğunu sübuta yetirmişdir. Təəssüflər olsun ki, indiki dövrümüzdə təkcə Azərbaycan Respublikasında 1 milyon azərbaycanlı rus dillidir. Onların əksəriyyəti ana dilində danışmaqda çətinlik çəkir. Məncə, bu dilimizə qarşı böyük hörmətsizlikdir. Hər bir azərbaycanlının öz dilini səlis bilməyi vacibdir. Dünyanın harasında yaşamağından asılı olmayaraq ana dilini unutmaq qeyri-mümkündür. Biz özümüz öz dilimizi yaşatmalıyıq. Həqiqətən də, bir dilin daşıyıcıları varsa, deməli, o dil yaşayır və qarşısına yeni inkişaf üfüqləri açılır.

Aynurə Yusubшаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →