"Kişisiz evdəki qadınçün...yalnızlıq"- Sahib Nəbiyev

 

Ən böyük, dolması namümkün olan boşluqdur,
Badəsiz, meysiz, əcəb mənəvi sərxoşluqdur,
İçiboş bir qoca fil heykəlinin daxilinə,
Sığınan üstüaçıq, mürgülü qavroşluqdur...yalnızlıq....

Kimsəsiz daxmada tənha qocanın sirdaşıdır,
Kişisiz evdəki qadınçün ömür yoldaşıdır,...
Və yetimlər evinin pəncərəsindən küçəyə
Baxaraq köks ötürən qızcığazın göz yaşıdır...yalnızlıq...

İşinə, tozlu otağın yaramaqdır gecələr,
Darıxıb getməyə ünvan aramaqdır gecələr,
Yorğun halda uzanıb çarpayıya, bir gözəlin,
Yuxuda saçların hər gün daramaqdır gecələr...yalnızlıq...

Oyanıb bir də görürsən ki, səhər dan sökülür,
Gecənin pərdəsi Allahın əliynən bükülür,
Divarın künc tavanından asılan gözlərinə
Dağılan köhnə qaranquş yuvasından tökülür yalnızlıq...

Eşidildikcə yaxınlıqdakı məsciddən əzan,
Qaldırır öz yatağından səni bir hiss, həyəcan,
Çəkir addımlarını sahilə, xoş müjdə verir
Ac göyərçinlərə vaxtsız gəlişindən bu zaman yalnızlıq...

Sahib, arzum mənim heç olmasa da çin, yaşasın,
Gözümün yaşıdı badəmdəki mey, min yaşasın,
Cümlə yalnızları ətrafıma yığdım ki bu gün
Deyilən sağlığa hər kəs desin: Amin! Yaşasın yalnızlıq!...

Pressaz.com/Müəllif: Sahib Nəbiyev......06.07.2016-cı il...шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →