Mətləb Salahov - “Efirlər savadsız aparıcılarla doludur!”

 

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi,  ölkə telekanallarında bir sıra aparıcıların Azərbaycan dilinin qrammatik qaydalarını kobud şəkildə pozmasını, verilişlərə çağrılan qonaqlarla ünsiyyət və davranış qaydalarında yol verdikləri ağlasığmaz kobudluqları tənqid edən açıqlama yayıb.

Qurumun rəhbəri Mətləb Salahov jurnalistlərə bildirib ki, Azərbaycan efirlərində baş verən savadsız aparıcı səhvləri, ən sonda dilimizin bərbad hala salınması, ictimai etikanın və mənəvi dəyərlərimizin tamamilə dağıdılmasına yol açır:

“Təsəvvür edin ki, min illərdir ki, bu xalqın mənəvi dəyərləri qorunaraq, bu günə qədər gəlib çatdırılıb. Bu gün isə, savadsız və etik tərbiyədən belə uzaq olan efir aparıcıları, səviyyəsiz “verilişlərində” artıq milli genefonumuzu belə ayaqlar altına atmaqdadırlar. Daha çox qazan və şou-biznes tipli “verilişlərlə zəngin” olan efirlərdə, dilimizin bütün qaydaları ara sözlərlə məhv edilir, efirlərə çağrılan qonaqların birbaşa şəxsi həyatına müdaxilə olunur, ədəb və nəzakət qaydaları heç nə olmayıbmış kimi tapdanır və məhv edilir. Bütün bunlara göz yummaq isə, sonda ağır, həm də düzəldilməsi mümkünsüz acı nəticələrə səbəb olacaq.”шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →