Əkbər Qoşalı: “Haqq bizim tərəfimizdədir, biz qalib gələcəyik”

  • 18:10, 17 aprel 2017
  • Köşə
  • Baxış sayı: 11
 

“Sabotajla məşğul olmaq “Ermənistan” adlanan “dövlət”in xarakteridir. Əslində “sabotaj”la, “Ermənistan”la gül kimi “xarakter” sözünü yanaşı işlətmək özü də düzgün deyil bəlkə. Amma necə deyərlər, sözün gəlişi belə deyirik”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Ermənistan əslində, xaraktersiz bir rejimə, xaraktersiz hakimiyyətə malikdir: “Bir balaca qorxan kimi əl-ayağa düşür; özü işğalçılıq edir bizi günahlandırır; özü soyqırım aktları törədir – özü də bir neçə dəfə, ancaq özünü də soyqırıma uğramış kimi təqdim edir və s. Azərbaycan Respublikasının öz suveren ərazisi olan Qarabağ torpaqlarında hər hansı müdafiə yaxud başqa tədbirlər görməsi anında, dövlət səviyyəsində bütün dünyaya haray-həşir salan işğalçı ölkə, “mən o torpaqlarda hansı haqq-hüquqla durmuşam?!” sualına cavab aramaqdan, yanlışını düzəltməkdən çox uzaqdı. Çox uzaq olduğu üçün də sabotaja əl atır, diqqəti öz cinayətlərindən yayındırmaq yolu tutur.
Nə kimi tədbirlər görülməlidir? – Buna cavab kimi son günlər ordumuzun irimiqyaslı hərbi təlimlərini göstərmək olar. Ümumən ordumuzun güclənməsi, ayrı-ayrı dövlətlərlə hərbi işbirliyinin gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, haqq səsimizin dünyaya daha olumlu şəkildə çatdırılması, düşmənin zəif yerlərinin aşkara çıxarılması, güclü sayılan mövqelərinə qarşı uyğun tədbirlərin görülməsi ən doğru yanaşmalardır. Haqq bizim tərəfimizdədir, biz qalib gələcəyik”.шаблоны для dle 11.2
Xəbər lenti
Bütün xəbərlər →
>