"Ermənistan rəhbərliyi öz ölkəsinin və xalqının adına ləkəli tarix yazır"- Tural Əliyev

  

Qarabağ müharibəsində Ermənistan tərəfinin mövqeyi qəsbkar və istilaçılıqdır. Bunu bütün erməni anaları anlamalıdırlar. Onlar öz etiraz səslərini ucaltmalıdırlar. Çünki onların həlak olan övladları şəhid olmurlar. Əksinə, tarixə "quldur əsgər" kimi düşürlər.

Tarix kitabları bu faktı yazacaqdır. Əsrlər boyu bu fakt, bir damğa olaraq erməni xalqını gələcək nəsillərə zorakı xalq kimi tanıtdıracaqdır. Bu gün Ermənistan dövlətinin rəhbər şəxsləri bu faktı bilə-bilə öz ölkələrinin və xalqının gələcəyini uçuruma atırlar.

Təbii ki, onlar bu gün dünya ictimaiyyəti qarşısında özlərinin çirkin niyyətlərinə bəraət qazandırmaq üçün xalqın adından istifadə edirlər. Ermənistan xalqı bunu bilməlidir və öz gələcəkləri- övladları, oğul və qızları naminə etiraz səslərini ucaltmalıdırlar. Bu gün bunu onlardan bir xalqın gələcək tarixi tələb edir.

Şəmkir rayon Mədəniyyət Mərkəzinin direktoru, Gənc Vətənpərvərlər İctimai birliyinin Şəmkir şöbəsinin müdiri:  Tural Məhərrəm oğlu Əliyev

Pressaz.com
шаблоны для dle 11.2
loading...
Diğər xəbərlər:


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →