Böyük Britaniya kilsələrinin birində pivəxana açılacaq

 

Böyük Britaniyanın Noric şəhərindəki Müqəddəs Tomas adına kilsədə pivəxana fəaliyyətə başlayacaq.

Pressaz.com Gündəmxəbər.az-a istinadən xəbər verir ki, müqəddəs yerdə pivəxananın açılışı barədə fikir keşiş İanu Dublanın ağlına gəlib. Keşişin sözlərinə görə, kilsə nəzdində pivəxananın açılması barədə hələ dini məktəbdə oxuyarkən düşünüb: “Kilsəyə gələnlərin müqəddəs yerə olan marağı itir. Biz bu addımımızla cəmiyyətə daha da yaxın ola bilərik”.

Məlumata görə, kilsə idarəsi qonşuluqda olan pivəxananı 650 min dollara alıb. Pivəxananın açılışı avqustun 14-nə nəzərdə tutulub. Kilsə nümayəndələrinin sözlərinə görə, pivəxana gündüz saatlarında fəaliyyət göstərəcək, burada toylar və digər əyləncəli tədbrilər baş tutacaq. Onların qənaətinə görə, bundan sonra britaniyalılar alkoqolun istehlakına daha məsuliyyətli yanaşacaq və bu yerə gəlməkdən həzz alacaqlar.

Qeyd edək ki, bu ilin aprelində ABŞ-ın Denver şəhərində beynəlxalq marixuana kilsəsi açılıb.шаблоны для dle 11.2
Diğər xəbərlər:
Xəbər lenti
Bütün xəbərlər →