"Nazimə onkoloji xəstə diaqnozunu Milli Onkologiya Mərkəzi qoyub" - Nazimin həkiminin vəkilindən etiraf - DETALLAR

 

Xəbər verdiyimiz kimi 11 may, 2017-ci il tarixində müğənni Nazim Pişyari öd kisəsində yaranan problemlə əlaqədar olaraq “Elmed” klinikasında Elman Əzimov tərəfindən əməliyyat olunub. Bir neçə gün öncə redaksiyamızda qonaq olan müğənni səhhətində yaranan problemlər, həkim nöqsanları, İsrail və Türkiyə mütəxəssislərinin Bakıdakı əməliyyata nöqsanlı yanaşması ilə bağlı fikirlər səsləndirdi. Müğənni idda edir ki, bu əməliyyatla həkim ona 162 min manat dəyərinzə zərər vurub. Həkimin ixtisasca cərrah olmadığını deəyn Nazim Pişyari digər maraqlı faktlara da toxunub.

Pressaz.com xəbər verir ki, artıq bu məsələ ilə əlaqədar olaraq qarşı tərəfin vəkili Elvin Səlimov Cebhe.info-ya müraciət edib. O vəkili olduğu həkim haqda səsləndirilən fikirlərin əsassız olduğunu söyləyib. E.Səlimov həmçinin onkoloji xəstə diaqnozuna da münasibət bildirib. Müsahibəni təqdim edirik:
-İlk olaraq həkimin ixtisası ilə bağlı səsləndirilən fikirlərlə bağlı münasibətinizi bildirin
-Elman Əzimov Tibb Universitetində dərs deyir. Bu problemli məsələ deyil. Nazim bəy deyir ki, o proktoloqdur. Elman Əzimov 2000-ci ildə Tibb Universitetinin Müalicə İşi fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2002-ci illərdə universitetin elmi şurasının qərarı ilə Cərrahiyə ixtisası üzrə kliniki ordinatura təhsili alıb. 2002-2005-ci illərdə Birinci Cərrahiyyə Xəstəlikləri kafedrasında aspirantura təhsili alıb. Həmin illərdə də yoğun bağırsaq operasiyasında anastomoz tikişləri tutmazlığının profilaktikasında antioksidantların tətbiqi mövzusunda namizədlik dissertasiyasını başa çatdırıb. 2010-cu ildə Ankara Universitetində  Lapraskopik Cərrahiyyə üzrə ixtisas kursunu bitirib.2011-ci ildə “Düz bağırsağın xoş və bəd xassəli törəmələrindən ön və aşağı ön refreksiya əməliyyatlaırna müasir yanaşmalar mövzusunda doktorluq işi” təsdiq olunub. Təəssüflər olsun ki, Nazim bəy bu məsələləri düzgün şərh etmir. Elman bəy laparoskopik cərrah kimi ixtisas kursu bitirib. Qanuni fəaliyyət göstərən həkim haqda bu cür fikirlərin səsləndirilməsi düşünürəm ki, düzgün deyil.
-Təkcə Nazim bəy deyil, İsrail və Türkiyə həkimləri də əməliyyatdakı nöqsanları vurğulayıb
-Nazim bəy açıqlamasında bildirir ki, İsrail həkimləri Bakıdakı əməliyyata fərqli münasibət bildiriblər. Hər bir ölkənin tibbi personajı digər ölkədə olan əməliyyata fərqli münasibət bildirə bilər. Bu o demək deyil ki, əməliyyat zamanı Nazim Pişyariyə başqa diaqnoz qoyularaq fərqli əməliyyat aparılıb. Müğənni müvafiq prsoedurdan keçdikdən sonra əməliyyat olunub. Nə üçün müğənni və ailəsi bu diaqnozların yekun nəticələrini təqdim etmirlər? Cərrahiyyədən öncə xəstəyə müəyyən diaqnozlar qoyuldu və müğənni əməliyyat üçün Elman Əzimova müraciət etdi. Məsələyə ədalətli yanaşmaq lazımdır. Bu cür yalan informasiyalar vermək, həkimləri gözdən salmaqla nə əldə etmək olar? Hansı ki, onlar həqiqətən də bu peşəyə layiq şəxslərdir, tibbə lazımdır. Nazim bəy bununla demək istəyir ki, dəymiş zərər ödənilsin. Elman Əzimovun nüfuzuna xələl gətirməklə  düşünür ki, ona vəsait ödəniləcək? Bu çox yanlış mövqedir.
-Qarşı tərəf bildirir ki, ona onkoloji xəstə diaqnozu qoyulub. Bu haqda nə deyə bilərsiniz?
-Nazim bəy deyir ki, Elman Əzimov ona onkoloji xəstə diaqnozu qoyub. Baxın görün ki, Elman Əzimovun kiməsə onkoloji xəstə diaqnozu qoymaq səlahiyyəti çatırmı? Elman Əzimov cərrah olaraq xəstəyə necə belə bir diaqnoz qoya bilər? Ümumiyyətlə ElMed klinikasında belə bir laboratoriya varmı? Biz bu sualların cavablarını bilirik. Ola bilsin ki, siz bu sualların cavabını bilmirsiniz. Jurnalistlər ədalətli mövqe sərgiləməlidir. Qarşı tərəfdən soruşulmalıdır ki, bu diaqnoz ona kim tərəfindən qoyulub.
-Diaqnoz kim tərəfindən qoyulub?
-Əməliyyatdan sonra nəticələr Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə göndərilib, laboratoriyada analiz edilib. Elman həkim Allah deyil ki, kiməsə desin ki, sənin 6-7 ay ömrün qalıb. Bu səhvdir. Nazim bəyin qohumları Milli Onkologiya Mərkəzinin cavablarını şəxsən Elman həkimə təqdim ediblər. Milli Onkologiya Mərkəzinin Patosito Morfolorgiya laboratoriyasının 25 may, 2017-ci il cavabı 02.06.2017-ci il tarixində çap olunub. Analizlərin nəticələrinə baxan həkim belə bir problemin olduğunu bildirib. Elman müəllimin vəzifəsi deyil ki, desin Milli Onkologiya Mərkəzzinin cavablarına inanmır. Ya da ki xəstəyə tövsiyə etsin ki, get İran, yaxud da İsraildə məliyyat olun, dərdinə çarə tap. Milli Onkologiya Mərkəzinin cavablarına hər bir həkim inanmaq məcburiyyətindədir. Analizin nəticələrinin bu cür çıxması həkimin günahı deyil.
-Əməliyyatın bu qədər çətin, uzun çəkməsi, həmçinin reabilitasiya prosesinin ləngiməsi bəs nə ilə əlaqədardır? Öd kisəsi əməliyyatı ən yüngül əməliyyatlardan hesab edilir...
-Əməliyyat insanı ayağa qaldırır. Sadəcə ona diqqət yetirilməlidir ki, insan hansı halda əməliyyata gətirilib. Cərrah möcüzə yaradandır ki? Hər birimiz bilirik ki, əməliyyatdan sonra bir neçə ay reabilitasiya davam edir. Nazim bəy iki dəfə də xaricdə əməliyyat olunub. Bəs o zaman niyə vəziyyəti düzəlməyib.  Necə olur ki, əməliyyatdan bir gün öncə evinizə təcili tibbi yardım gəlir. Müvafiq olaraq xəstəxanaya yerləşdirilirsiniz. Ona təcili olaraq əməliyyat olunmaqla bağlı diaqnoz qoyulur. Lakin öncə yerləşdiyi xəstəxanada əməliyyatdan imtina edərək Elman Əzimova müraciət edir. Nazim bəyin əməliyyatı planlı olmayıb. Əməliyyatdan bir gün öncə 9.05.2017-ci il tarixində, 00:30 radələrində 103 xidmətinə zəng edərək 9-cu mikrorayon Mircəlal küçəsi, ev 61, mənzil 12 ünvanından halının pisləşməsi səbəbi ilə  çağırış daxil olub. Çağırışı Təcili Tibbi Yardımının 9 saylı bölməsindən Sevinc həkim icra edib. K-81 0 e11- kəskin karkulyoz xalisistik, insulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib, daha sonra xəstə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Həkimlər deyir ki, xəstəyə kəskin karkulyoz xalistik diaqnozu qoyulursa, həmin şəxs təxili şəkildə əməliyyat olunmalıdır. Çünki belə xəstələrin öd kisəsi istənilən an partlaya bilər. Öd kisəsi partlayanda daxilə yayılır ki, bu zaman da zəhərlənmə baş verir. Belə xəstələrin həyata geri qaytarılması Allahın möcüzəsidir.
-Qarşı tərəf iddasında bildirir ki, əməliyyat zamanı qanaxma olub. Xəstənin yaxınları bu haqda ona məlumat veriblər
-Müğənni əməliyyatı görməyə-görməyə necə deyə bilər ki, daxildə qanaxma olub. Nazimin əməliyyatı laparoskopik üsulla aparılıb. Düşünün, açıq əməliyyat xəstə üçün daha rahat olar, yoxsa laparoskopik? Bildiyimiz kimi açıq əməliyyat daha ağır olur. Belə xəstələrin sağalma prosesi də çətin keçir. Elman doktor peşəkarlığına aarxalanaraq xəstəni laparoskopik üsulla əməliyyat edərək öd kisəsini götürüb. Baş verən digər problemləri həll edib. Həkim öd kisəsini götürdüyü üçün Nazimin səhhəti normaldır. Deyir ki, Azərbaycanda cərrah yoxdur. Bəs, İsraildə də cərrah yox idi? Niyə İsraildən imtina edərək Türkiyəyə gedib. Təəssüf hissi keçirərək deyirəm ki, Nazim bəy onu belə ağır vəziyyətdən xilas edən həkim haqda arzuolunmaz fikirlər səsləndirir.
-Qarşı tərəf, yəni zərərvurduğu iddia edilən həkim isə nədənsə əksər hallarda susqun mövqe nümayiş etdirib. Buna səbəb nədir?
-Elman bəyin Nazimin açıqlamalarına bu vaxtadək münasibət bildirməməsinin səbəbi budur ki, həkim düşünür ki, gec də olsa müğənni haqqı nahaqdan seçəcək.  
-Siz hansı mövqe sərgiləmək niyyətindəsiniz? Artıq qarşı tərəf iddia ərizəsi ilə prokrorluğa müraciət edib
-Bu yaxınlarda Nazim bəyin vəkilinin məlumatı ilə tanış oldum ki, prokurorluğa müraciət etməyə hazırlaşırdılar. İstəmərəm ki, tərəflər arasında anlaşılmazlıq davam etsin. Bilgisizlikdən bir-birlərinə ləkə atmalarını arzulamıram. Məhz bu səbəbdən də qarşı tərəfin vəkili ilə əlaqə saxlayaraq xahiş etdim ki, müzakirə aparaq, araşdıraq ki, həqiqət nədir. Ümid edirəm ki, qarşı tərəfin vəkili də görüşə müsbət cavab verər. Məsələnin ortaq məxrəci var. Nazim bəy hörmət etdiyimiz müğənnilərdən biridir. Heç zaman istəmərik ki, həkimlərimizdən kiməsə ziyan dəysin.
Qeyd edək ki, müğənni Cebhe.info-ya müsahibəsində bildirmişdir ki, Azərbaycandan fərqli olaraq İsrail və Türkiyədə gtürülən analizlərə görə ondan heç bir onkoloji xəstəlik aşkarlanmayıb.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →