"İstəyirəm ki, bütün dünya məni tanısın" - Azərbaycanın 14 yaşlı "Selena Qomez"i - VİDEO

  • 18:25 12 sentyabr 2017
  • Şou
 

ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı 14 yaşlı müğənni-model Səbinə Bəyli olub.

Pressaz.com
day.az-a istinadən bildirir ki, o, ilk olaraq musiqiyə olan marağından söz açıb:

"Mənim 14 yaşım var. Doqquzuncu sinifdə oxuyuram. Beş dil bilirəm, ingilis, rus, Azərbaycan, bir az türk dilini və hazırda fransız dilini öyrənirəm. Artıq fransız dilində bir qədər danışa bilirəm. Dörd yaşım olan zaman mən artıq bilirdim ki, müğənni olmaq istəyirəm. Oxumağı çox sevirəm. Fortepiano ifa etməyi sevirəm. Artıq 2016-cı ildə fortepiano ifaçılığını bitirmişəm. İndi sadəcə olaraq, özüm üçün çalıram".

Daha sonra "Azərbaycanın Selena Qomezi" kimi tanınan Səbinə Bəyli yeni işləri barəsində də danışıb:

"Mənim "Ready for tonight" adında bir klipim işıq üzü gördü. Bu ilin 15 mayında dünyanın bütün musiqi platformalarında göstərilməyə başladı".
Castin Biberi özü üçün kumir olaraq görən gənc ifaçı gələcəkdə məhz onun kimi bir müğənni olmaq arzusundadır.

"Mənim ən böyük kumirim Castin Biberdir. Onu çox sevirəm. Çünki o oxuyanda mən onu yaxşı anlayıram. Castin Biber 14 yaşında heç bir şeyə sahib deyildi. İndi isə bütün dünyada konsertlər verir. Mən də onun kimi olmaq istəyirəm".

Müğənnilərin əksəriyyəti vaxtlarını düzgün bölməməkdən, bir işə çatıb o birini yarımçıq buraxmaqdan şikayətlənirlər. Ancaq Səbinə Bəyli belə görünür ki, işlərini düzgün tənzimləyir.

"Mən hər gün 7:20-də yuxudan oyanıram. Hazırlaşıb məktəbə gedirəm. Məktəbdən sonra vokalla məşğul oluram. Üzgüçülüklə məşğul oluram. Fitnes mərkəzlərinə gedirəm. Fransız dilini öyrənirəm. Sonra evə gəlib məktəb dərslərinə hazırlaşıram".

Hələlik əcnəbi dillərdə oxumağa üstünlük verən müğənni gələcəkdə Azərbaycan dilində də musiqilər ifa edəcəyini söylədi.

"Mən ingilis, ispan dillərində yaxşı oxuyuram. Gələcəkdə Azərbaycan dilində də musiqilər ifa etmək istəyirəm. Bu dili çox sevirəm. Çünki bu dil gözəldi. Bu yaxınlarda mənim yeni mahnım işıq üzü görəcək. İstəyirəm ki, bütün dünya məni tanısın. Mən Azərbaycanı təmsil etmək istəyirəm".
Valideynlərinin hər zaman dəstəyini görən Səbinə canlı olaraq "Şou məkan" mikrofonuna oxudu.

"Mən oxumağı çox sevirəm. Atam və anam mənə hər zaman dəstək olurlar. Onlar mənim oxumağı sevdiyimi bildikləri üçün həmişə kömək edirlər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

шаблоны для dle 11.2
loading...
Diğər xəbərlər:
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →