Nazim:"Həkimlər məni həyat yoldaşıma, övladlarıma qaytardılar" - Video

  • 17:46 15 sentyabr 2017
  • Şou
 

"Həkim səhvləri ucbatından mən müəyyən fəsadlarla üzləşdim. Artıq canımın sağlamlığını tapmışam. Türkiyə və İsraildə müəyyən müayinələr keçdim, müəyyən əməliyyatlarda oldum. Həkim nəzarəti altında qaldım. Onlar məni ayaqüstə saxladılar. Onlar məni ailəmə, anama, yoldaşıma, övladlarıma, dostlarıma qaytardılar".

Pressaz.com axşam.az-a istinadən məlumatına görə, bu sözləri "Faytonçu" ləqəbli müğənni Nazim Pişyari deyib.

“Şou məkan” verilişinin qonağı olan sənətçi səhhətindəki priblemin artıq aradan qalxdığını söyləyib:

"Çox insan hələ də elə düşünür ki, mən onkoloji xəstəyəm. Ancaq vallah məndə heç bir onkoloji xəstəlik yoxdur. Dörd saat anesteziyada olmaq da insanın çəkisinə təsir edir. Son əməliyyatım altı saatdan artıq oldu. İsraildəki əməliyyat bir saat yarım çəkdi. Türkiyədə iki əməliyyatım oldu. Kilomu qazanmaqda davam edirəm. Çünki artıq iştahım yerinə gəlib. Yeyirəm, içirəm, gəzirəm. Düşünürəm ki, bir aya kimi məni əvvəlki çəkimdə görərsiz".

O, sosial şəbəkələrdə ölüm xəbərinin yayılmasına da münasibət bildirib:
“Səhər saat doqquzda oyandım. Gördüm ki, həyat yoldaşım başımın üzərində dayanıb. Dedim ki, nə olub? Dedi, bir söz deyəcəm sənə. Ancaq istəyirəm ki, bunu normal qəbul edəsən. Deyir, "bayaqdan telefonlar susmur, hamı səninlə maraqlanır. Sənin ölüm xəbərin çıxıb". Güldüm və fikirləşdim ki, mən də ölüb dirilənlər siyahısına düşdüm. Evdəkilərin bu xəbərlərə münasibətini görüb pis oldum. Var-dövlət, şan-şöhrət, ay mənim evlərim var, bağlarım var, hamısı nisbidir. İnsanın can sağlığının qarşısında heç nədir. Mənə sual verəndə ki, xoşbəxtliyi nədə görürsüz? Deyirəm ki, can sağlığında”.

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →