Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı

  • 13:55 25 sentyabr 2017
  • Şou
 

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Məhərrəm ayının ilk günündə oğluna toy edib.
 
Pressaz.com-un azxeber.com-a istinadən məlumatına görə, müğənni Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilşində toydan danışıb.
 
O qeyd edib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: "Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı".
 
Bu məqamda qeyd etmək yerinə düşər ki, Məhərrəm ayının ilk günündə oğluna toy edən Manaf Ağayev bir neçə gün öncə mediaya açıqlamasında demişdi: 
"Məhərrəm ayı hələ başlamayıb. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.
 
 Göründüyü kimi, müğənni öz dediklərini özü təkzib edib və bildirib ki, toy axşam saatlarına qədər davam edib.


шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →