Müşfiq qovulmağından danışdı

  • 13:46 10 oktyabr 2017
  • Şou
 

ARB telekanalında Rövşanəninin təqdimatında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri gənc aktyor Müşfiq Şahverdiyev olub.
Pressaz.com Milli.Az-a istinadən xəbər verir ki, komediya aktyoru verilişdə universitetdən qovulmağı mövzusuna toxunub.
Müşfiqin bu və digər maraqlı açıqlamalarını təqdim edirik:
"İncəsənət Universitetimiz var. İldə nə qədər aktyor, aktrisa yetişir orada. Mən bitirə bilmədim oranı, amma bu günə maşallah olsun. O vaxt "Tək səbir"də başlamışdım işləməyə. Dekanımız Ötkəm İsgəndərov təyin edilmişdi. Bir gün gəldim ki, sağ olsun, öz otağının yanında şəklimi şərəf lövhəsi kimi vurub ki, "Şahverdiyev müşfiq universitetdən xaric olunur". Dedim ola bilsin məni xaricə yollayırlar (gülür). Əsas Allah açan qapını mümkün deyil bağlamaq. İndi şükür şəraitim, maşınım, işim... Oxuyan o qədər aktyor, aktrisalar var ki, indi ortalığa çıxa bilmirlər".

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →