“Məni ərə verirlər, boşayırlar…” - Sevda

  • 10:52 11 oktyabr 2017
  • Şou
 

Müğənni Sevda Yəhyayeva ailə quracağı barədə yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, 31 yaşlı ifaçı “Günə davam” verilişinə açıqlamasında nikah üçün bəy namizədinin olmadığını bildirib. 
Sənətçi deyib ki, həyat yoldaşı seçiminə ciddi yanaşır:
“Məni ərə verirlər, boşayırlar. Sağ olsunlar (gülür). Bu barədə çox suallar eşidirəm.  Ailə qurmaq barədə düşünürəm, ancaq bu il namizəd yoxdur. Bu işə çox ciddi yanaşıram.
Belə şeylərdən danışanda həyəcanlanıram. Allahın qismətidir. Bəlkə sabah olacaq? Bunu mən bilmirəm. Məni başa düşən, hörmət edib sevən və ən vacibi insan olmalıdır”.шаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →