Afaq Aslan Ukraynada kainat gözəli seçildi — FOTO + VİDEO

  • 14:48 13 oktyabr 2017
  • Şou
 

Pressaz.com ölkə.az-a istinadla məlumat verir ki, bu barədə müğənninin mətbuat xidməti məlumat verib.
Onun sözlərinə görə, “Мiss vselennaya 2017” (Kainat gözəli - 2017) müsabiqəsində 23 ölkənin nümayəndəsi iştirak edib.
Qalib olduqdan sonra müğənni sevincini “İnstagram” hesabında izləyiciləri ilə də bölüşüb.
“Müsabiqəmiz bu gün uğurla sona çatdı! Çox gərgin və güclü rəqabətin hökm sürdüyü bir müsabiqədə 23 ölkədən 23 dövləti təmsil edən gözəllərin içində, final günündə, cəmi 9 gözəl finala xal qazandı və finala çıxdı. Ukrayna kimi 48 milyon əhalisi olan nəhəng bir dövlətdən belə məsuliyyətli bir müsabiqədə iştirak etmək dəvətini qəbul etməklə içimdəki böyük həyəcana baxmayaraq yenə də məni hədəfinə aparan yola böyük ümüdlərlə yollandım! Və mən bu müsabiqəyə qatılmaqla çox çətin bir imtahan keçmiş oldum! Əsas odur ki, mənim bir hədəfim var idi və nəhayət ki, illərdir hədəfimə doğru gedən yolda heç kimin tənqidlərinə və tutulduğum qınaq obyektlərinə baxmayaraq, heç kimin fikri məni hədəfə gedən yoldan döndərə bilmədi və nəhayət ki, mən bu gün öz hədəfimə çatdım! Mən bütün dünyaya sübut eləmiş oldum ki, bəli, bəşəriyyətin ən gözəl qadınları Azərbaycan qadınlarıdır. Mən Azərbaycana birincilik gətirməklə bir daha sübut etmiş oldum ki, Azərbaycan qadınları həqiqətən də dünyaya meydan oxuya biləcək gözəlliyə sahibdirlər”

 
 
   
Gözəllik müsabiqəsindən videoları təqdim edirik.









шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →