"Ona səs göndərən konkret pullu adamlar var" - İlkin Misgərli

  • 17:31 23 oktyabr 2017
  • Şou
 

“Maşın” şounu tərk edən aktyor İlkin Misgərli peşmançılığını dilə gətirib.
Pressaz.com xəbət verir ki, yenicag.az-a açıqlama verən Misgərli maşının əldən getməsini heç cür qəbul etmək istəmədiyini deyib:
“Finalın bir addımlığında şoudan getdim. Qismət beləymiş. Talıb güclü rəqib idi. Məni dəstəkləyən dostlarım çox idi, lakin Talıbın pulu onun qələbəsini həll etdi. Bu tamaşaçı məsələsi deyildi, ona səs göndərən konkret pullu adamlar vardı. Mən də istəyirdim maşınım olsun, sürə bilməsəm də öyrənəcəkdim. Kim bilir, bəlkə elə imkanlı dostlarımdan biri mənə maşın alıb verdi. Buna görə də bir gözüm telefondadır, elə bilirəm ki, bu dəqiqə kimsə zəng edib, məni sevindirəcək. Deyirəm ki, doktor Qılmana bir avtomobil bağışlasınlar, mən də arada alım sürüm, gözümün qurdunu öldürüm. Kaş ki, o SMS-lərin əvəzinə elə bir maşın alıb özümə verəydilər. İndi durub hansından 10 manat pul istəsəm deyəcəklər ki, hamısını sənə göndərdik”.
İlkin şoudakı iştirakından peşman olduğunu da dilə gətirib:
“Kaş ki, heç getməyəydim, çünki orda insanlardan elə şeylər gördüm ki, çox pis oldum. Mən kiməsə “quyruq” deyib, sonra onlarla mehribancasına görüşən adamlardan deyiləm. Yerimi bilən adamam. Heç kimə də artıq-əskik söz də deməmişəm ki, sonradan peşman olum”.шаблоны для dle 11.2
loading...
Diğər xəbərlər:


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →