Elvin Mirzəzadə: "Mahnının bu qədər populyarlaşacağı ağlıma gəlmirdi" - 10 günə 2 milyondan çox baxış

  • 12:43 06 sentyabr 2017
  • Şou
 

Bir zamanlar media sahəsində "Can cana" mahnısını qeyri adi ifada təqdim edərək gündəmə düşən Elvin Mirzəzadə, bu uzun zamandır nümayiş etdirdiyi susqunluğunu alt-üst edərək gündəmə cəmi 10 günə qayıdıb.

Müğənni Elvin Mirzəzadənin yeni tərzdə təqdim etdiyi "Düşün məni" mahnısının dinlənmə sayı "Youtube"-də artıq 3 milyona yaxınlaşır.

Müğənni Pressaz.com - a qısa müsahibəsində bildirib ki, mahnının bu qədər populyarlaşacağını heç düşünmürdü. Hər şey anidən baş verdi:

"Mahnının potensialına inanırdım. Lakin bu qədər "xit" bir mahnıya çevriləcəyi ağlıma gəlmirdi. Qismət bu günə imiş. Davamı çox çətin gəlir mənə. "Xit"-dən sonra hər mahnını ərsəyə gətirmək çətin məsələdir." - deyə müğənni bildirib.

Sözləri və musiqisi Elməddin Səfərliyə, aranjmanı Rubail Azimov aid olan, Elvin Mirzəzadənin təqdimatında  "Düşün məni" mahnısını sizlərə təqdim edirik.




Elvin Mirzəzadəni bəziləri elə də yaxşı tanımasada, onun bir çox möhtəşəm mahnıları mövcuddur. Müğənninin daha bir möhtəşəm mahnısı "Günəşli" yatağında baş verən hadisədə dünyasını dəyişən neftçilərimizə həsr olunub.

Pressaz.com saytı Elvin Mirzəzadənin,  "Gelmedin" (Neftçilərə ithaf) mahnısını da sizlərə təqdim edir.

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →