Ermənipərəst rus mətbu orqanından Azərbaycanla bağlı etiraf — FOTO

 


Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır.

Pressaz.com “ölkə.az”-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammiti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib. Rusiya rəhbəri deyib ki, iki ölkə arasındakı əlaqələr bərabərlik və yaxşı qonşuluq prinsiplərinə əsaslanır.
Rusiya mətbuatı yazır ki, Rusiya ilə Azərbaycan arasındakı qonşuluq prinsipləri həmişə yaxşı olub və bundan sonra da belə davam edəcək. Rusiyalı siyasətçilər hesab edirlər ki, Qafqazda Rusiya üçün ən yaxşı tərəfdaş məhz Azərbaycandır.
Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 4-də yaranıb. Hər iki müstəqil dövlətin təhlükəsizlik və suverenliyinin qorunması ilə bağlı razılaşma isə 1997-ci il, iyun ayının 3-də imzalanıb.
Rusiya mətbuatı yazır ki, ölkə rəhbəri V.Putin prezidentliyi dövründə həmişə Azərbaycan hökuməti ilə xoş münasibətlərdə olub. 2013-cü ildə Putin iqtisadi sahədə Azərbaycanla daha da sıx əməkdaşlıq etmək üçün müsbət addımlar atıb. Həmin ilin avqust ayında Putin Azərbaycana işgüzar səfər edib. Səfər çərçivəsində Putin Azərbaycanla bir sıra iqtisadi müqavilələr bağlayıb. Bunlardan ən mühümü isə neft və qaz hasilatı sahəsində əməkdaşlıq, o cümlədən iki ölkə sərhədində avtomobil körpüsünün tikintisi kimi müqavilələrdir.
Rusiya mətbuatı Moskva ilə Bakı arasında iqtisadi tərəfdaşlığın mühüm olduğunu və bu əlaqələrin hər iki ölkəyə böyük xeyir verdiyini yazır. Bildirilir ki, Azərbaycanda 600-ə yaxın rus şirkəti və rusiyalı biznesmen fəaliyyət göstərir. Qeyd edilir ki, Rusiya Azərbaycana təxminən 1,4 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyadakı sərmayə payı isə təxminən 1 milyard dollar təşkil edir.
Bu və digər səbəbləri əsas gətirərək, rusiyalı mütəxəssislər hesab edirlər ki, Azərbaycan Rusiya üçün çox önəmli və dəyərli tərəfdaşdır. Putin MDB dövlət başçılarının sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı və onunla münasibətdə bunu bir daha nümayiş etdirdi.

Qeyd edək ki, Rusiya ilə Azərbaycan münasibətlərinin təhlili Rusiyanın ermənipərəst mövqeyi ilə seçilən Kütləvi İnformasiya Vasitələrində yazılıb.
 
шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →