“Belə bir qurum kimə və nəyə lazımdır?” - Prezidentin köməkçisi

 

“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb doğurur”. Bu sözləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov tvitter hesabında qurumun Azərbaycanla bağlı ötən gün qəbul etdiyi iki qətnaməyə münasibət bildirərkən yazıb:

“Belə təəssürat yaranır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmətini nümayiş etdirmək üçün çalışır.
AŞPA-da oturanların bəziləri özlərini az qalır ki, inkvizisiya məhkəmələrinin üzvləri kimi aparır, vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?

Əgər AŞPA hesab edirsə ki, onun missiyası tərəfdaşlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda belə qurum kimə və nəyə lazımdır?”шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →