Deputat: Ermənistanda vəzifə tutan Xocalı qətliamı törədənlərə niyə təzyiq göstərmirsiniz?

 

Xocalı soyqırımını törədənlər Ermənistanda yüksək vəzifələrdədirlər və nə üçün onların ədalət qarşısında cavab verməsi üçün bu ölkəyə təzyiq göstərmirsiniz?

Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı çıxışında deyib.

O qeyd edib ki, terrorçunu qəhrəman elan edən, Xocalı soyqırımını törədən işğalçı bir ölkə heyətinin bu təşkilatda ədalətdən danışmaq haqqı yoxdur.

Q.Paşayeva erməni kökənli beynəlxalq terrorçi Varujan Karapetyan Ermənistanın müraciəti ilə Fransada müəmmalı şəkildə azadlığa buraxılmasından danışıb və bununla bağlı araşdırılma tələb edib.

Deputat AŞPA-nı ikili standartlarda ittiham edib və bəzi millət vəkillərinin Azərbaycan əleyhinə apardığı kampaniyaya sərt reaksiya verib: ”Bəzi millət vəkillərinin - xüsusilə Ermənistan nümayəndə heyətinin Azərbaycanın əleyhinə bir neçə gündür burada söylədikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm. Mən 12 ildir burada ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-məlumatlarla "insan haqları" adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün Ermənistan tərəfindən pozulmuş insan haqlarını müdafiə etmələrini heç bir zaman görmədim. Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq tətbiq etmək üçün Assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda bir soyqırım həyata keçirdi və oradan sağ canlarını qurtara bilmiş çox az sayda məcburi köçkünlər bu gün də öz evlərinə dönə bilmirlər".

Q.Paşayeva bildirib: "Nə üçün bu insanların pozulmuş haqlarının müdafiəsi üçün Assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir? Xocalılar Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan əleyhinə çıxışlar edir. Amma Ermənistan dövləti onun və AŞPA-nın çağırışlarına məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır. Nə üçün cənab Yaqland və Assambleyamız bu insanların pozulmuş haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana qarşı təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmırlar? Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər".

Deputat sonra qeyd edib: "Ermənistan heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə, buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varujan Karapetyandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən, Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən bəhs edin. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burada bizə insan haqlarından bəhs etmək haqqı yoxdur. Biz buradan bu terrorçu və onunla birlikdə terrorlarda iştirak edən ermənilərlə bağlı araşdırmaların, istintaqın aparılmasını tələb edirik. Sonda Myanmada, Arakanda müsəlmanlar əleyhinə törədilən soyqırımın Assambleyada müzakirə edilməməsini və etiraz qərarı, bəyanatı qəbul edilməməsini qınayırıq. Avropa Şurası sərhədlərindən uzaqda olsa da, Assambleyamızı orada insanlıq əleyhinə törədilən cinayətlərə səssiz qalmamağa çağırırıq".шаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →