Sabah Yerin yaxınlığından asteroid keçəcək

  • 15:55 11 oktyabr 2017
  • Sosial
 

Sabah "2012 TS4" asteroidi Yerə ən yaxın məsafədən keçəcək.

Bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, atsroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir: "Yəni astroid Ayın orbitini kəsəcək. Astroidi yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".

X.Mikayılov deyib ki, astroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Astroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".
X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →