Ölkə əhalisi bu qədər əməkhaqqı alır - RƏSMİ

  • 13:58 12 oktyabr 2017
  • Sosial
 

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,3 min nəfər olub.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 875,8 min nəfəri dövlət sektorunda, 650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,5%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 10,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4% artaraq, 524,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Pressaz.comшаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →