DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq

 

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.
Pressaz.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Profilaktika ilə əlaqədar olaraq, telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →