İcra hakimiyyətində şəhid ailəsi təhqir olundu

  • 20:28, 07 avqust 2017
  • Sosial
  • Baxış sayı: 56
  

Şəhid ailəsinin yaxınları tərəfindən redaksiyamıza şikayət daxil olub.
Belə ki, 1992-ci ildə Ağdam rayonun Xıllı kəndində gedən döyüşlərdə şəhid olmuş Əliyev Natiq Temir oğlunun anası avqustun  6-sı vefat edib. Şəhid ailəsi acınacaqlı şəraitdə yaşadığına görə şəhidin anasının dəfn xərcləri ilə bağlı şəhidin qohumları Yasamal rayon İcra hakimiyyətinə müraciət ediblər
Pressaz.com-un məlumatına görə, şəhidin yaxınları  iddia edir ki, İcra hakimiyyətində özünü təqdim etməyən şəxs tərəfindən təhqir olunaraq qovulublar. Qohumların sözlərinə görə həmin şəxs bildirib ki, "cənab Prezident İlham Əliyevin şəhid ailələrinə yardımla bağlı heç bir sərəncamı yoxdur. Biz də şəhid ailələrinə yardım etməyə borclu deyilik. Hər gün bir əsgər şəhid olur və hər şəhidin ailəsinə yardım edə bilmərik",  deyərək şəhid ailəsi yaxınlarını qovub.

Qeyd edək ki, şəhidin atası 2-ci qrup əlildir və heç bir əmək qabiliyyəti yoxdur.  Ailə ehtiyac içindədir. Şəhidin anası qonşular və qohumların yardımı  ilə artıq dəfn olunub.

Biz bununla bağlı araşdırma aparacağıq və qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

Zümrüd Cavidшаблоны для dle 11.2
Xəbər lenti
Bütün xəbərlər →
>