Professor Ramin İmanov: "526 xərçəng xəstəsini öz sağlığına qovuşdurmuşam"

 

Pressaz.com professor Ramin İmanovla xərçəng xəstəliyi mövzusunda olan eksklüziv müsahibəsini oxucularına təqdim edir:

- Ramin bəy özünüzü necə təqdim edərdiniz?

Salam, mən tibb elmləri doktoru, professor Ramin İmanov. İndiyə qədər 50-dən çox məqalənin müəllifiyəm.

- Xərçəng xəstəliyi nədir və insanda bu xəstəlik necə yaranır?

Bədxassəli şişlər normal nəzarət mexanizmlərini itirmiş hüceyrələrdən ibarətdir və bu səbəbdən həddindən artıq və nəzarətsiz olaraq çoxalır. Bədxassəli şişlər, qanda və ya limfada şiş və ya yayılmış bədxassəli hüceyrələr olur, istənilən orqanın hər hansı bir toxumasından inkişaf edə bilər. Xərçəngə ve ya xərçəngli forma və həm də bunlara bənzər bir vəziyyət meydana gəlir, məsələn, limfoma və mieloma. Bədxassəli hüceyrələr böyüdüyü və çoğaldıqları zaman, bədənin yumşaq  toxumalarına sirayət edib yayılıb, metastaz  verə bilərlər.

- Bu xəstəliyi araşdırmağa nə zamandan başladınız və buna səbəb nə oldu?

Bu xəstəlik haqda hələ tələbəlik illərimdən çox eşitmişdim və həmişə də ustadlarım deyirdilər ki, bu sağalan xəstəlik deyil, bir gün bir alimin məclisində oturub onun mühazirəsinə qulaq asırdım.O Alim ustad bir söz  işlətdi ki: “Bəli, biz deyirik ki, bu xəstəliyin müalicəsi yoxdur, amma Allah dərd veribsə dərmanını da verib, bizlərin vəzifəsi o dərmanı tapmaqdır” və o gün bu gün bu işin dalınca getməyə başladım.

- Öldürən xərçəngdir yoxsa xərçəng xəstəliyinin müalicə metodları? 

Yazılarımda bu barədə daha ətraflı yazmışam,amma bir də cavab verim, xərçəng öldürmür, xərçəngin “guya” sağalma metodu deyilən kimyəvi terapiya, şüa terapiyası və sairə bu kimi metodlar öldürür.

 - Alman kimyaçısı Otto Warburg xərçəng hüceyrələrinin yaranma səbəbini hüceyrə daxili oksegen çatışmamazlığında görürdü və buna görə Nobelə layiq gözülmüşdü. Sizcə xərçəng hüceyrələri necə əmələ gəlir?

Otto Warburqun o vaxt araşdırdıqlarından daha irəliyə getmişik. Bəli, biri oksigen çatışmamazlığı olsa da ,digərləri də var.Genetik factor,mutasiya faktoru ve virus faktoru. Təkcə O. Warburqun oksigen catışmamazlığı o vaxtkı nəticədir. Bizim gəldiyimiz qənaət indiki zamanda qida və qeyri-ekoloji faktorlardır əsas, başqa faktorlar da var, amma bunlar çox azlıq təşkil edir.
 
 - Genetik mutasiya konsepsiyası haqqında nə deyə bilərsiz?

Genetik mutasyanı tətbiq etmək haqqında fikrimi bilmək istəyirsizsə mən bunun əleyhinəyəm. Düzdür, bəzi nəticələr əldə etmək olur,amma bu mutasiya haralardasa təqibə və loru dildə desək qisaqapanmaya məruz qalanda nəticəsi acınacaqlı olur…..
 
- Xərçəngi necə sağaldırsız?

Normal qaydada. Kəşf etdiyim dərmanlar (tərkibini açıqlaya bilmərəm) və müalicə dövründə verdiyim xüsusi diyetalarla…

- Sizcə bu xəstəliyə tutulan insanlar niyə hipnoz olur? Bir çox alternativ üsullar olsa da məhz kimya və şüa terapiya kimi qorxunc vasitələrə niyə üz tuturlar? 

Bilirsiz, xərçəngi insanların beyninə bir mif kimi salıblar, ona görə də bu qorxudan insan özünü itirir…

Xərçəng xəstəliyinin bitkilərlə müalicəsi mümkündürmü?

Mən deyərdim bəli. Əgər günlük rasionunuzda uca Allahın bizə verdiyi bir neçə nemətdən istifadə etsəz xərçəng xəstəliyinə tutulmaya bilərsiz, məsələn: sarıkök, zeytun yağı,çuğundur, kök, cəfəri, sarımsaq, istiot və sairə kimi.
 
- Tətbiq etdiyiniz bu üsulda pəhriz varmı, xəstələr pəhriz saxlamalıdırmı?

Bəli, müalicə dövründə və ümumiyyətlə qırmızı ətdən, süd və süd məhsullarından uzaq durmaları gərəklidir.

- İndiyə qədər neçə xəstəni öz sağlığına qovuşdurmusuz?

Bu günə qədər 526 xəstəm öz sağlığına qovuşub.

- Oxuculara, o cümlədən bu xəstəlikdən əziyyət çəkənlərə və onların yaxınlarına nələri məsləhət görərdiniz?

Məsləhətim budur ki,mümkün qədər orqanik qidalansınlar, mağazadan karsogen vurulmuş ət və ət məhsulları almasınlar, mümkün qədər qırmızı ətdən imtina etsinlər, yuxarıda göstərdiyim kimi sarıkök, zeytun yağı, sarımsaq, çuğundur, cəfəri, kök vəbu kimi nemətlərdən çox istifadə etsinlər….

Zümrüd Cavidшаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →