Bakı sakinləri üçün həyəcan təbili – Küçədə çox qalmayın

 

Son zamanlar havada tozun miqdarı normadan çoxdur. Paytaxtda bu norma avqust və sentyabr aylarında daha da artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri buna səbəb kimi yay fəslinin çox quraq keçməsini göstəriblər.
Onların fikrincə, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Müşahidə olunan toz tranzit gətirmə deyil.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə günorta və axşam saatlarına doğru tozun havada miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.
Pressaz.com xəbər verir ki, oxu.az-ın xəbərinə görə, məsələ ilə əlaqədar həkimlər həyəcan təbili çalırlar. Tibb elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, Əməkdar elm xadimi, ATU-nun Terapiya kafedrasının professoru, Baş allerqoloq Cəbrayıl Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, tozlu hava bütün insanlara təsir edə bilər. Onun sözlərinə görə, belə hava əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər.
“Əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər. Belə insanlar həmişə özləri ilə dərmanlarını gəzdirirlər. Onlar dərmansız qala bilmirlər. Belə havalarda həmin xəstələrin tutmaları artır. Onlar özlərini narahat hiss edən kimi dərmanlarından istifadə etməlidirlər. Hər bir astmalı xəstə profilaktik olaraq bilir ki, nə etməlidir”, - deyə Cəbrayıl Məmmədov bildirib.
Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, belə hallarda insanlar mütləq özlərini qorumalıdırlar. Onun sözlərinə görə, normadan artıq çirklənmədə uzun zaman açıq havada qalmaq olmaz.
“Havanın belə çirklənməsi uzun müddətli xarakter daşıyarsa, insanlarda yuxarı tənəffüs yolları xəstəlikləri yarada bilər. Xroniki xəstəliklərə səbəb ola bilər. Eyni zamanda gözün selikli qişasında konyuktivit (gözün selikli qişasının iltihabı xəstəliyi) yarada bilər. Bu zaman xüsusi müdafiə vasitələrindən, maskalardan istifadə edilməlidir. Tozlu havada küçədə çox qalmaq olmaz”, - deyə Ziyəddin Kazımov vurğulayıb. шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →