Qadın qeyri rəsmi nigahla yaşadığı kişi tərəfindən aldadılıb - VİDEO

 

Kişi qeyri rəsmi nigahla yaşadığı qadını və 1 yaş 8 aylıq qızlarından imtina edib.

Əslən İsmayıllı rayonundan olan 24 yaşlı Dilavər adlı qadın,  2-ci dəfə qeyri rəsmi nigahla ailə həyatı qurub.  Lakin bu qeyri rəsmi ailəni hər iki tərəf öz yaxın və doğmalarından gizli saxlayıb. Qadının məlumatına görə,  birlikdə yaşadıqları İsmayıllı rayonundan olan Şövqi Soltanov adlı şəxs də, əvvəllər evli olub və boşanıb.

Pressaz.com xəbər verir ki, aralarında yaranan ailə münaqişələrinə görə ayrılan cütlüyün 1 yaş 8 aylıq qızlarıda var. Ailə həyatı qeyri rəsmi olmağına baxmayaraq, uşağın atasının Şövqi Soltanov olması qanuni olaraq təstiq olunub. Qadın məhkəməyə müraciət edərək aliment tələb edib. Məhkəmə kişiyə aylıq 100 manat dəyərində aliment ödəmək qərarını qəbul edib. 1 ay aliment ödəyən Şövqü Soltanov 11 aydır ki, aylıq 100 manatı ödəməyərək qadından və qızından uzaqlaşıb.

Çarəsiz qalan Dilavər xanım “Lider TV”-də yayımlanan “Çıxış yolu” verilişinə müraciət edib.

Qadının sözlərinə görə, Şövqi Soltanov artıq 3-cü dəfə ailə həyatı qurub.

Veriliş əməkdaşları Şövqü Soltanovun yaxınları ilə əlaqə saxlasalarda, onlar Şövqi Soltanovla Dilavər xanımın ailəli olduqları barədə məlumatlı olmadıqlarını, və Şövqi haqqında məlumat verə bilməyəcəklərini bildiriblər. Veriliş əməkdaşları hüquqi tərəfdən olaraq alimentin ödənişinin bərpa olunması istiqamətində müəyyən addımlar atacaqlarını bildiriblər.

Dilavər xanım hal-hazırda öz anası ilə birlikdə yaşadığını və gəlir yerlərinin yalnız anasının dövlət tərəfindən verilən pensiyası olduğunu bildirib.


шаблоны для dle 11.2
loading...
Diğər xəbərlər:
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →