Salyanda gəncin intihar səbəbi - Kasıb qızla evlənməyə icazə verməyiblər...

 

İki gün öncə Salyan rayonunun Xıdırlı kəndində baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.
Pressaz.com ölkə.az-a istinadən xəbər verir ki, özünü asaraq intihar edən 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu atasına etiraz əlaməti olaraq bu yola əl atıb.

Belə ki, imkanlı ailənin övladı olan Əsədov kasıb ailədən qız istəyirmiş. Ancaq atası bu izdivacın baş tuta bilməyəcəyini bildirib və ata-bala arasında mübahisə yaranıb. Mübahisədən bir müddət sonra Emin Əsədov həyətlərindəki tövlədə özünü asaraq intihar edib.

Qeyd edək ki, faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →