Bakı qəbiristanlığında İslamdan xəbəri olmayan molla – VİDEO

 

Binəqədi qəbiristanlığında çəkilən görüntü marağa səbəb olub.

"Facebook" istifadəçilərindən biri şəxsi hesabında Binəqədi qəbiristanlığında mollalıq edən şəxsin videosunu paylaşaraq qeyd edib ki, videoda göstərilən şəxs qurandakı surələrin sayını bilmir.

"Qurandakı surələrin sayını bilməyən molla. İslamdan və Qurandan bixəbər mollanı dostum ifşa edir. Binəqədi qəbiristanlığında çəkilib. Paylaş, cəhaləti ifşa edək".

Ancaq videoda diqqətçəkən daha bir məqam mollanın savadsızlığı ilə yanaşı, ona sualları verən, videoya çəkən şəxsin də heç də İslamdan anlayışı olmamasıdır. Belə ki, sualları verən şəxs mollaya guya surə və ayələrin sayını başa salır, lakin bu zaman böyük yanlışlığa yol verir. Həmin şəxs iddia edir ki, "Quran"da 114 ayə var, lakin surələrin sayı çoxdur. Lakin o unudur ki, "Quran"da  ayələrin deyil, surələrin sayı 114-dür. /goldnews.az/

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →