Zorlanan 12 yaşlı qız hələ də sığınacaqdadır

 

Balakəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan, daha sonra hamiləlikdən azad edilən 12 yaşlı qızın vəziyyəti normaldır.

Pressaz.com xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, ailənin bütün üzvləri onların himayəsindədir: “Qızın bacı və qardaşı, eləcə də anası bizim sığınacaqda məskunlaşıb”.

K.Ağayeva deyib ki, qızın səhhətində ciddi problem yoxdur: “Sadəcə, aldığı travmaların təsiri hələ də qalır. Reabilitasiya, həkimlərin müalicə və müayinəsi, psixoloji dəstək davam edir. Uşaq hələlik orta ümumtəhsil məktəbinə getmir. Sığınacağın tərkibində fəaliyyət göstərən məktəbdənkənar “Çərpələng” kursuna yazdırmışıq. Kursda müəllimlər onun dərslərilə məşğul olur”.

Xatırladaq ki, bir müddət əvvəl 12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.

ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Lakin bir neçə gün sonra yeni doğulmuş ölüb.
 
Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İstintaq davam edir.
шаблоны для dle 11.2
loading...
Diğər xəbərlər:


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →