AİB sədri Eyyub Hüseynov : "Bu günlərdə verdiyim açıqlama anlaşılmazlığa səbəb olub"

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov verdiyi açıqlamaya aydınlıq gətirərək bildirib ki, “Azərsun Holdinq”in çayı yalnız xaricdən idxal etməsi ilə bağlı verdiyim məlumat həqiqəti əks etdirmir.

Bu barədə açıqlamanı Pressaz.com-a sədr Eyyub Hüseynov özü bildirib.

Açıqlamada deyilir : "Azərbaycanın çay bazarındakı vəziyyətlə bağlı bir neçə gün əvvəl mətbuatda yayımlanan müsahibəmdə yer alan yanlış məqamlarla aydınlıq gətirmək istəyirəm. İlk olaraq, onu söyləyim ki, “Azərsun Holdinq”in çayı yalnız xaricdən idxal etməsi ilə bağlı verdiyim məlumat həqiqəti əks etdirmir. Ölkədə yerli fermerlər tərəfindən yetişdirilən çayın təxminən 90 faizi məhz “Azərsun” tərəfindən satın alınır. Bundan əlavə bu Şirkətlər Qrupunun Lənkəran və Astarada çay plantasiyaları mövcuddur. Masallıda isə bir neçə il öncə 100 hektar sahəsi olan yeni çay plantasiyası salınıb ki, bu da yaxın illərdə xammalın yerli məhsul hesabına təmin edilməsinin həcmini daha da artıracaq. “Azərsun Holdinq”in Astarada və Lənkəranda çay fabrikləri fəaliyyət göstərir və çayçılığın geniş yayıldığı bütün cənub bölgəsindən fermerlərdən çay toplayaraq qurudulması həyata keçirilir, məhsul istehsal üçün Bakıda yerləşən fabrikə göndərilir.

Burada isə qurudulmuş çay qablaşdırılaraq istehlakçılara təqdim edilir. Aydınlıq gətirmək istədiyim digər məqam isə, çayın rənglənməsi ilə bağlı olan açıqlamadır. Qeyd etmək istəyirəm ki, dünyada çayın rənglənməsi praktikası yoxdur. Bu məhsul tərkibindəki təbii maddələr hesabına rəng alır. Beləliklə nəticə olaraq qeyd etmək istəyirəm ki, bu günlərdə verdiyim açıqlama anlaşılmazlığa səbəb olub, əksinə, başqa brendlərlə yanaşı  “Azərsun Holdinq”in çaylarından istifadə etmək məsləhət görülür. Bütün istehlakçılardan bu məqamları nəzərə almağı xahiş edirəm. Çaylara dair tədqiqatlarımızı davam etdirmək bu sahədə ilginc bilikləri olan insanları təşkilatımıza üçün dəvət edirəm." - deyə sədr Eyyub Hüseynov bildirib.

Qeyd edək ki, bir neçə gün öncə , AİB sədri Eyyub Hüseynov bilidirmişdi ki, bir çox hallarda xarici istehsal çayları əhaliyə yerli məhsul kimi satılır:


“Bildirmək istəyirəm ki, böyük çay istehsalçısı kimi tanınan “Azərsun Holding”in istehsal etdiyi bütün çaylar xaricdən idxal edilir. Çaylar xaricdə yığılır, qurudulur və Azərbaycana gətirilir. Ölkəmizdə yalnız qablaşdırma həyata keçirilir. Biz dəfələrlə o çay fabrikində olub rənglənmə məsələsini öyrənmək istəmişik. Həmin vaxt məlum olub ki, “Azərsun”un çayları Azərbaycanda qablaşdırılır. Ona görə də rənglənmə amilini araşdıra bilməmişik”. - deyə yerli informasiya agentliklərinə açıqlama vermişdi.

Pressaz.comшаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →