Qurban Qurbanov rəqibini qabaqlayacaq

  • 20:02 25 sentyabr 2017
  • İdman
 

Çempionlar Liqasının qrup mərhələsinin ikinci oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Roma" (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
Sentyabrın 26-da "Azərsun Arena"nın mətbuat zalında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Roma"nın baş məşqçisi isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.(Milli.Az)шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →