Şəkidə intihar edən polisin son sözü: Gəlirəm

 

Şəkidə 4 uşaq atası olan polis əməkdaşının intiharının bəzi təfərrüatları məlum olub.

Pressaz.com
xəbər verir ki, Turan qəsəbə sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Fəxrəddin Əliyev oktyabrın 9-da, axşam saat 22:00 radələrində intihar edib: “Axşam ailəsi ilə birlikdə olub. Evdə həyat yoldaşına deyib ki, “həyətə çıxıb, gəlirəm”. Yoldaşı da gözləyib, görüb ki, saatlar keçib, amma bu gəlmir. Evdən çıxıb ki, görsün, yoldaşı haradadır. Həyətin ortasındakı heyva ağacından nəsə asıldığını görüb. Yaxınlaşanda, görüb ki, Fəxrəddinin boğazında ip var, özünü asıb”.

Sakinlərin sözlərinə görə, Fəxrəddin Əliyevin səhhətində heç bir problem yoxdur: “Gözəl bir ailəsi var. Hər ailənin özünə görə problemi var. Görünür, ya ailədaxili, ya da şəxsi məsələ olub”.

Qeyd edək ki, Şəkidə intihar hadisəsi olub. Rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaxınları tərəfindən yaşadığı ünvanda asılmış vəziyyətdə aşkarlanıb.

Polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →