Xətainin heykəlinə yiyə duran tapılmır

 

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdiriləcəyi barədə məlumat yayılmışdı. Bildirilmişdi ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin nəzərdə tutulmasıdır.

“Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətimizə cavab gələndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək”.
 
Bəs  Xətainin heykəli hara köçürüləcək?
 
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov Modern.az-a açıqlama verib. Şöbə müdiri bildirib ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə İcra Hakimiyyətinə hər hansı məlumat daxil olmayıb.
 
“Əgər Bakı Nəqliyyat Agentliyinin təklifi alınarsa, Xətainin heykəlinin köçürülməsi baş tutacaq. Amma hələ ki, heykəl öz yerindədir. Heykəli də nə icra hakimiyyətinin, nə də kiminsə yerindən tərpətmək fikri yoxdur.   Bu gün isə Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi məlumat yoxdur”.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →