“Sabah” azərbaycanlı azarkeşləri təhqir etdi

 

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.

Bununla bağlı o “Ezik kareoqrafi” adlı yazısında tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən kasıb, ən gülməli görüntü adlandırıb.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

Millət vəkili Qənirə Paşayeva da sosial şəbəkədə yazarın sözügedən köşəsini qınayıb.

BAKU.WS
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →