Azərbaycanda qadın cinayətkarların sayı açıqlandı

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda cinayət törətmiş şəxslərin 5,7 faizi qadınlar olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cinayət törətmiş şəxslər arasında 14-17 yaşda olanların payı isə 3,1 faiz təşkil edib.

Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →