Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı…

 

Sumqayıt şəhərində olan hadisə nəticəsində qız hamilə qalıb, ailəsi ondan imtina edib

Sosial şəbəkədə tanış olduğu hərbçi şərti adı A.H (22 yaş) ilə şərti adı O.Ə (31 yaş) Bakı şəhərində görüşüblər. Hərbçi onu yaşadığı Sumqayıt şəhərinə getməyi təklif edib.

Pressaz.com xəbər verir ki,bizimyol.info-ya müraciət edən A.H bildirib ki, hadisə də bundan sonra baş verib. Qadın iddia edib ki, hərbçi yaşadığı evdə ona cinsi təcavüz edib.

“Biz onunla avqustun sonunda internet vasitəsi ilə tanış olub, ilk dəfə sentyabrın 18-də Bakıda görüşdük. Sonra məni Sumqayıta dəvət etdi. Məni Sumqayıtla tanış etdi. Şirin söhbət etdikdən sonra mən Bakıya qayıtdım. İlk görüşümüzdə o ünsiyyəti və davranışı ilə mənim etibarımı qazandı. Oktyabrın 9-da isə Sumqayıtda yenidən görüşdük. Evinə dəvət etdi. Sonra mənə dedi ki, qal sabah səni yola salacam. Həmin gecəni onlarda qaldım. O mən istəmədən mənimlə cinsi əlaqədə oldu. Sonra mənə şirin vədlər derdi. Hər şey yaxşı olacaq dedi. Sən demə bunun hamısı şikayət etməməyim üçün imiş”, – deyə O.Ə bildirib.

Qadın deyib ki, hadisədən iki gündən sonra A.H ilə əlaqə salxaya bilməyib: “O artıq mobil telefon nömrəsini dəyişmişdi. Oktaybrın 24-də mən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmişəm. Məni Sumqayıt şəhər 1-ci Polis Bölməsinə yönləndirdilər. A.H mənimlə əlaqə saxlayıb görüşdü. Mənə vəd verdi ki aramızda nikah bağlayacaq. Həbçi olduğuna və həbs olunmamasına görə polisdən şikayətimi geri götürdüm. Məni yenidən evinə apardı. Bir neçə gün məni orda saxladı. Sonra bizi hərbi prokurorluğa çağırdılar. A.H ilə birlikdə ora gedib şikayətimi geri götürdüm. Bir müddət sonra isə onunla əlaqəni itirdim. O yenə mobil telefon nömrəsini dəyişdi. Mən A.H-dan 1 aylıq hamiləyəm”.

O.Ə deyib ki, onun hamilə olmasından xəbərdar olan ailəsi ondan imtina edib: “Atam vəfat edib. Anam, bacılarım və qohumlarım məndən imtina edib. Özümü öldürməyimi istəyirlər. Mənə dəstək lazımdır. Vəkilim yoxdur. Bir vəkillə danışdım. O da məndən hüququmu müdafiə etməsi 1000 manat istədi. Mən bu hadisədən sonra işsiz də qalmışam. Mən çarəsiz vəziyyətdəyəm. A.H-nın atası ilə danışmışam. Ona oğlundan hamilə olduğumu dedim. O da mənə bildirdi ki oğlunun vəkili Salman Qasımovla danışım. Vəkil də mənə deyir ki mən A.H tərəfindən cinsi cəzavüzə məruz qalmamışam”.

O.Ə-nin bir tələbi var: “Mən onunla barışmaq, ailə qurmaq istəmirəm. Mən sadəcə onun cəzasının çəkməsini istəyirəm”.
A.H-nın vəkili Salman Qasımov məsələ ilə bağlı bildirib ki, O.Ə 26.10.2017-ci il tarixində Sumqayıt şəhər Polis İdarəsinə şikayət edib: “Xanımın müraciəti əsasında araşdırma aparılıb, eskpertiza təyin olunub. Ekspertizanın 02.11.2017-ci il tarixli 517 saylı rəyi var. Bu sənəddə O.Ə-nin zorlanması məsələsi öz təsdiqini tapmayıb. Buna görə də Sumqayıt şəhər Prokurorunun köməkçisi Samir Məmmədovun qərarı ilə 03.11.2017-ci il tarixində cinayət işinin başlanması rədd edilib. Hazırda da bu qərar qüvvədədir. Xanım yenidən prokurorluğa müraciət edib. Biz sabah ora gedib bu qərarı təqdim edəcəyik”.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →