Kəndə köçənlərə MÜJDƏ: Hər ailəyə 70 min verəcəklər

    

İsveç hökuməti yerli sakinlərin sayını artırmaq məqsədilə maraqlı layihə həyata keçirib.

Pressaz.com publika.az-a istinadla xəbər verir ki, ölkənin Albine kəndində əhalinin sayı az olduğu üçün, insanları bura cəlb etmək məqsədilə hökumət tərəfindən pul mükafatı ayrılıb.

240 yaşayış evi olan kənd əhalisi noyabr ayının 30-da referendum keçirməyi planlaşdırır. Kəndə köçən ailələrə 70 min dollar məbləğində pul mükafatı veriləcək. Bir şərtlə ki, bir ailə ən az 4 nəfərdən ibarət olsun və minimum 10 il müddətinə bu kənddə yaşasın.

Əgər keçirilən səsvermə müsbət nəticə verərsə, sözügedən məbləğ kənd sakinlərinə paylanacaq. Hazırda kənddəki məktəblər də şagird və müəllim çatışmazlığından fəaliyyətini dayandırıb.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →