Qənirə Paşayeva Türkiyədə şeirlərini oxudu

 

Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən "24-cü Beynəlxalq Xəzər Şeir Axşamları”na qatılıb.

Pressaz.com editor.az-a istinadən xəbər verir ki, tədbirdə Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, türk dünyasının müxtəlif bölgələrindən gələn tanınmış şair, yazar, aydın və ictimai fəallar iştirak edib.

Millət vəkili türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışıb:

"Güc birlikdədir və birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Bölgədə son günlər vəziyyət daha da gərginləşib. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin, digər türk dövlət və toplumlarının yanındadır. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim vətənizmidir. İnanıram ki, gənclərimiz məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bu məsələdə aydın, şair, yazar və jurnalistləridə üzərinə çox böyük missiya düşür”.

Q.Paşayeva vurğulayıb ki, Dağlıq Qarabağın Ermənistanın işğalından azad ediləcəyi gün uzaqda deyil:

"Suriyada Bayırbucaq, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Q.Paşayeva tədbirdə Kərkükə həsr etdiyi şeirini, eyni zamanda, müəllifi olduğu "Böyük Azərbaycanım” və "Türkiyəm” şeirini səsləndirib.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →