Röya “Altın Kelebek” aldı - Video

 

Ötən gün Türkiyədə məşhur "Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Pressaz.com azxəbər.com-a istinadla xəbər verir ki, hər il Türkiyədə keçirilən "Altın Kelebek” mükafatının təqdimetmə gecəsində Azərbaycanın iki məşhur müğənnisi iştriak edib.

"Eurovision 2011" qalibi Nigar Camal və əməkdar artist Röya Ayxan "Ən parlaq ulduz" nominasiyası uğrunda mübarizə aparıblar. Miri Yusifin adı iştirakçılar siyasında olsa da, o gecəyə qatılmayıb.

"Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib gələn müğənni Röyaya mükafatı aktrisa Sinem Kobal təqdim edib.

Röya instagram hesabında qalib olmağı haqda paylaşım edib:
"Hər kəsi təbrik edirəm. Kimlər ki, hər zaman bəyənməyib, müzakirə edib. Onlara dərs olsun. Çox xoşbəxtəm. Mənə verdiyiniz enerjiyə görə təşəkkür edirəm”.  

Qeyd edək ki, Heç bir stilistin köməyindən istifadə etməyən Röya mükafatlandırma mərasiminə özü hazırlaşıb.





шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →