Bakı Ali Neft Məktəbi CİSCO ilə əməkdaşlığı genişləndirir

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov CİSCO şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri Alyona Domotenko ilə görüşüb.

Pressaz.com report-a istinadən xəbər verir ki, görüşdə rektor qonaqlara Ali Məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin İnformasiya Texnologiyaları (İT) üzrə yüksək nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb.

Rektor BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək İT təfəkkürə malik ən istedadlı tələbələlər yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.

Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski CİSCO-nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb.

Alyona Domotenko isə CİSCO-nun ümumi və təhsil ocaqları ilə faəliyyət istiqamətindən danışıb, eləcə də şirkətin Şəbəkə Akademiyası (Networking Academy) haqda məlumat verib. 

Görüşdə tərəflər birgə əməkdaşlığın mümkün istiqamətləri haqda müzakirələr aparıb və razılığa gəliblər. Müzakirələrin nəticəsi olaraq BANM-ın yeni kampusunda Ali Məktəbin tələbələri, eləcə də digər universitetlərin tələbələrinin yararlana biləcəyi CİSCO Şəbəkə akademiyasının yaradılması və bu mərkəzdə CİSCO –nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi qərara alınıb. 
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →